Bir daşla iki quş - Azərbaycan iki dəhlizə sahib olacaq

Azərbaycanın daşı ağırdır. Zəngəzur dəhlizi deyirik İran üstümüzə gəlir. Yeni bir nəqliyyat dəhlizini İran ərazisindən keçirib işimizi görürük, bu dəfə Amerika diş qıcayır və rəsmi Bakıdan küsür. Hələ bir açıqlama da verirlər ki, Bakıya rəsmi səfərləri təxirə salmışıq.
Mən həmişə demişəm, dünyanın gələcəyi böyük nəqliyyat dəhlizilərindən asılıdır. Kim ayaqda qalmaq istəsə nəqliyyat dəhlizinə sahib olmalı və ya ora qoşulmalıdır. Azərbaycanın bəxti onda gətirib ki, dünyanın istənilən ölkəsi dəhliz adı çəkəndə bizim də adımız siyahıda olur. Vay Ermənistanın gününə.
Zəngəzur dəhlizi Ermənistan üçün çıxış yolu, nəfəslikdir. Amerikanın çaldığı ilə oynayan bu ölkə indi qəribə durumdadır. Amerikanın da dolayısı ilə dəstəklədiyi Zəngəzur dəhlizinə mız qoyur. Azərbaycan ikinci variant kimi İrandan keçən dəhlizi açır. Ona da Amerika mız qoyur. Ermənistan yenə kənarda qalır.
Prezident İlham Əliyevin böyüklüyü ondadır ki, səbrli və təmkinli siyasətlə balansı qoruyur və baxın görün, axırı necə olacaq. İki dəhlizin ikisi də işə düşəcək və heç kim də narazı qalmayacaq. Zamanı gələndə görəcəyik...
Elməddin Muradlı
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












