“Boeing”in vəziyyəti çətinləşir - Qəzaların səbəbi nədir?

Ötən gün “Air İndia” aviaşirkətinə məxsus “Boeing 787” sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 242 sərnişindən 241-i həyatını itirb. Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu qəzadan sonra “Boeing”in hissələrində 10 milyard dollarlıq düşüş olub. Şirkət isə nüfuzunu itirməkdə davam edir. Mütəxəssislər də artıq bu növ təyyarələrin hissələrində ciddi problemlər olduğunu açıqlayır. “Boeing”in sabiq idarəçilərindən olan Ed Pierson bu barədə açıqlama verib: “Bu təyyarələrdə çox ciddi problemlər var. Sözdə deyil, əməldə təhlükəsizlik təmin edilməlidir”.
.jpg)
“Boeing” təyyarəsi bundan öncə son ağır qəzanı Cənubi Koreyada yaşamışdı. 2024-cü il dekabrın 29-da “Jeju Air” şirkətinə məxsus “Boeing 737-800” təyyarəsi eniş zolağından çıxaraq hasara çırpılmışdı. Nəticədə 179 nəfər həyatını itirmişdi.
.jpg)
Bundan bir ay öncə isə yenə “Boeing 737” karqo təyyarəsi Litvada qəzaya uğramışdı. Hava gəmisinin evin üzərinə düşməsi nəticəsində bir nəfər ölmüşdü, 3 nəfər isə yaralanmışdı.
Elə həmin ilin yanvar ayında “Alaska Airelines” “Boeing 7437 MAX” təyyarəsində qapılardan biri partlamışdı.
2024-cü ilin martında Çilinin LATAM hava yollarına məxsus “Boeing 787” təyyarəsi havada ani idarəetmədən çıxaraq 50 nəfərin xəsarət almasına səbəb oldu.
.jpg)
ABŞ-nin Federal Aviasiya Administrasiyasının araşdırmasından sonra təyyarənin panelini sabitləyən boltların əksik olduğu ortaya çıxmışdı.
Federal Aviasiya Administrasiyası 2024-cü ilin mayında “Boeing” haqqında araşdırmalara başladığını açıqlamışdı. Araşdırmaların əsas məqsədi “Boeing 787” Dreamlinerlərdə təhlükəsizliyin hansı səviyyədə olmasıdır.
Bu təkcə ötən il baş verən hadisələrdir.
.jpg)
2018-ci ilin oktyabrında İndoneziyanın “Lion” şirkətinə məxsus “Boeing 737 MAX” Cakartadan qalxdıqdan bir müddət sonra dənizə düşmüşdü. Nəticədə 189 nəfər həyatını itirmişdi.

2019-cu ilin martın 10-da isə Efiopiya Hava Yollarına məxsus “Boeing 737 MAX” Nayrobi şəhərindən qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Nəticədə 157 nəfər həyatını itirib.

Düzdür, “Air İndia” qəzasında pilot xətasının olduğu əsas ehtimallar arasındadır.
Mütəxəssis Geoffrey Tomas görüntüləri izlədikdən sonra belə fikir bildirib: “Təyyarənin şassiləri aşağıda olsa da, qanad qapaqları açıqdır. Bu onu göstərir ki, təyyarə havaya doğru şəkildə qalxmayıb”.
Terri Tozer də pilot xətasının olduğunu bildirib.

Mütəxəssis Marko Çan da “qanad qapaqları doğru şəkildə idarə edilmir” şərhini verib.
Amma o, bu videonun qəza səbəbini demək üçün yetərli olmadığını bildirib.
Bütün bu olanlardan sonra isə “Boeing” dəyər itirməyə davam edir...
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












