Bu avtomobillərin sürətölçənindəki qırmızı zolaqlar və ağ nöqtələr nə deməkdir? - MARAQLI
Hər gün avtomobildə sükan arxasında olarkən sürətölçəndə istər - istəməz qəribə qırmızı zolaqlar və ya ağ nöqtələr görə bilərsiz. Tez-tez bu elementlər ayrı-ayrılıqda tapılır, lakin bəzi avtomobillərdə onların birləşməsini görə bilərsiniz. Üstəlik, Rusiya və xarici istehsal avtomobillərdə qırmızı xətlərin təyinatı xeyli fərqlidir. Bəs bu nədir - alətlər panelində olan bu lazımsız atributdur və ya vacibli təyinatdır?
Ağ nöqtələr nəyə lazımdır?
Sürətölçəndəki ağ nöqtələr ümumiyyətlə VAZ markalı avtomobillərdə, həmçinin köhnə nümunədə rast gəlinir. Nadir hallarda nöqtələr xarici avtomobillərə də "çəkilirdi". Forumlarda avtomobil həvəskarları bu işarələrin məqsədi ilə bağlı müxtəlif fərziyyələr irəli sürürlər, lakin hər şey çox sadədir. Diqqətlə baxsanız, sürətin əsas bölgüsündən sonra işarələrin müəyyən bir ardıcıllıqla çəkildiyini görə bilərsiniz. Bunlar sürətin ölçülməsində mümkün olan maksimal səhvləri (adətən 5%) göstərmək üçün edilmişdi. Məsələn, 40 km/saat üçün bu səhv - 2 km/saat, 100 km/saat üçün - 5 km/saat təşkil edir. Köhnə nümunələrin sürətölçənləri indiki qədər dəqiq deyildi və faktiki olaraq alətlər panelində göstərilənlərdən bir qədər fərqlənə bilər. Əslində sürücülər nadir hallarda bu detala diqqət yetirirdilər və sonrakı modellərdə ağ nöqtələr tətbiq olunmadı.
Qırmızı zolaqlar nəyə lazımdır?
Sürətölçəndə qırmızı işarələrlə vəziyyət o qədər də birmənalı deyil. Məsələn, bəzi avtomobillərdə hər ötürülmədə icazə verilən maksimum sürəti göstərmək üçün hazırlanmışdır. Yəni, 40 km/saat sürətdəki ilk qırmızı zolaq, bu sürətin birinci ötürücüdə, 60 km/saatı ikinci ötürücüdən keçməsinin arzuolunmaz olduğunu göstərir. Əlbəttə ki, taxometr olan avtomobillərdəki bu göstəricinin mənası tamamilə aydın deyil. Digər tərəfdən, VAZ 2101-də mühərrikin dövriyyə qurğusu(datçik) yox idi, buna görə də təcrübəsiz sürücülərə zolaqlar kömək edirdilər.
Xarici avtomobillərdə qırmızı xəttin mənası tamamilə fərqlidir. Onlar Avropa bazarına yönəlmiş avtomobillərin sürətölçənlərinə "çəkiliblər". Hər şey çox sadədir - Avropa Birliyi ölkələrinin sakinlərinə yerli yol hərəkəti qaydaları ilə müəyyən edilmiş sürət həddini xatırlatmaq üçün zolaqlar tətbiq edildi. Bütün yaşayış məntəqələrində 50 km/saat sürətini keçməməlisiniz, xüsusən qəzalı yerlərdə - məktəblərdə, həyətlərdə 30 km/saat. 130 km/saata qarşı qırmızı işarə magistral yol ilə hərəkət edərkən icazə verilən maksimal sürəti göstərir. Bunun mənası var, çünki Avropada sürət həddinin pozulmasına Rusiyaya nisbətən daha sərt yanaşırlar. Məsələn, Almaniyada cəmi 10 km/saat sürəti aşdığına görə 15 avro cərimə tətbiq edilir.
AVTO KLUB AZƏRBAYCAN