Bu gündən aeroportdan şəhərə taksi sifariş etmək olmur - FOTO

Bu gündən etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanından tətbiq vasitəsilə taksi sifariş etmək olmur. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Bolt” və “Yango” tətbiqinə daxil olan sərnişinlərə əvvəlki kimi seçim imkanı tanınmır. Aeroport ərazisində “Bolt” və “Yango” xidmətləri deaktiv olunduğundan sərnişinlərə yalnız “London taksi”ləri və “Bolt Aeroport” seçimi tanınılır. Bu taksilərin isə hava limanından şəhər mərkəzinə xidmət haqqı 22-25 manat təşkil edir.
Qeyd edək ki, daha öncə məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanı açıqlama yayıb. Açıqlamada bildirilib ki, əsas məqsədlərdən biri sərnişinlərə yüksəksəviyyəli xidmət göstərmək və onların rahatlığını təmin etməkdir. Bu tələblər şəxsi nəqliyyat vasitələri ilə hava limanına edilən səfərlərə şamil edilmir. Onu da əlavə edək ki, aeroporta taksi ilə səfər etmək əvvəlki qaydada davam edəcək.



Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












