Bu günün polisi sabah səngərdə əsgərdir – Xəyanətkarlara cavab - VİDEO

Yazarlar 15 İyul 2020 13:57 Oxunub 2358
Bu günün polisi sabah səngərdə əsgərdir – Xəyanətkarlara cavab - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əsgərə əl qaldırmaq Vətənə xəyanətdir

Dünən gecə Bakıda baş verənlər insanlara daha ağır təsir göstərdi. Yüksək əhval-ruhiyyə yaradan Qarabağ yürüşünü siyasi şouya, təxribata çevirmək istədilər. Bir qrup yaramaz qrup tərəfindən bilərəkdən törədilən bu hadisə təbii ki, cavabsız və cəzasız qalmayacaq.

Görünən odur ki, o yürüşdə polis də insanların arasında Qarabağ üçün ürək yandırırdı, polis də dilində, ürəyində “Qarabağ” deyirdi. Əsl həmrəylik, birlik nümayiş etdirilirdi. Amma bunu gözü götürməyən qüvvələr aranı qarışdırmaq istədi. Onlar düşündü ki, polisə qarşı aqresiyya yaradaraq insanları başqa istiqamətə yönləndirmək mümkün olacaq. Amma olmadı. Onların özündən başqa bu panikaya, bu rəzalətə, bu təxribata heç kim qoşulmadı.

Dünən baş verənləri bu gün eşidənlər də onları rədd etdi, onların əməlini pislədi.

Bu da onu göstərir ki, artıq insanlar oyaqdır, provakatorlara inanmır və onların bizim aramızda yeri yoxdur.

Əminik ki, heç kimi cəzasız qalmayacaq. Lakin aksiyada polisin hədəf seçilməsi müəyyən şübhələr doğurur. Polisdən narazı qalanlar kimlərdir? Cinayətkarlar, cinayətə meylli insanlar, qanunsuzluğu hər şeydən üstün tutanlar. Təbii ki, belələri insanların birliyini, gücünü görəndə qıcıqlanır. Onlar aranı qatmaq istəyirlər. Bax dünənki hadisəni törədənlər də belələri idi.

Amma hər birimiz bilməliyik ki, bu gün qarşımıza polis formasında çıxanlar sabah səngərdə əlində silah tutmuş əsgərdir. Dəyişən sadəcə geyimlər ola bilər. Amma tam əminliklə deyirəm ki, polis bir əsgərdir. O sabah səngərdə döyüşəcək, şəhid olacaq, bizi canıyla, qanıyla qoruyacaq.

Unutmaq olmaz ki, xüsusən də belə həssas dövrdə polisin üzərinə daha ağır yük düşür deyə biz hər birimiz onlara dəstək olmalıyıq.

Qarabağ müharibəsində minə yaxın polis şəhid olub. Aprel döyüşlərində də gördük ki, polis səngərdə əsgərlərimizlə çiyin-çiyinə dayanmışdı. Döyüş vaxtı yaralanan polislər də oldu.

Bu gün Tovuzda baş verən hadisələr zamanı da polis ön sıralardadır. Bunu orada yaşayanlar da görür, biz də yayılan görüntülərdən izləyirik.

Bilirsinizmi, müharibənin öz qanunları var. Müharibə vaxtı iki cəbhə yaranır – ön cəbhə, arxa cəbhə.

Bu gün səngərdə döyüşdüyümüz düşməni tanıyırıq. Bilirik ki, qarşımızda düşmən var. Amma arxadakı, içimizdəki düşmənlərdən də qorunmaq lazımdır. Səngərdə bizi əsgərlər düşməndən qoruyursa arxa cəbhədə də polislər görünməyən, amma hər an ağır zərbə vura biləcək düşmənlə mübarizə aparır. Belədirsə, o zaman hər birimiz əsgərimizə göstərdiyimiz dəstəyi polisə də göstərmələyik.

Bu gün Bakıda keçirilən aksiyada polis avtomobilini çevirlənlər, onu təpikləyənlər, onlarla polisə xəsarət yetirənlər sabah cəbhədə tankımızı çevirib yandırmağa hazırdır. Bizi belə qüvvələrdən polisimiz qoruyur. Buna əmin olun!

Yaşasın Azərbaycan əsgəri, yaşasın Azərbaycan polisi!

P.S. Aşağıda bir video təqdim edirik. Bu gün ikinci Fəxri xiyabanda çəkmişəm. Polislər şəhidlərimizi ziyarətə gələn keçmiş döyüşçülərin qarşısına çıxıb onlara tibbi maska paylayır, əlil vətəndaşların ziyarətə gəlməsi üçün yardım edir. Harada oluruqsa olaq orada bizi qoruyan polislərimiz var. Gözlə görünən, görünməyən düşmənlə mübarizədə polis hər zaman ön sıradadır!

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh