Bu prospektə parklanmaya icazə vermək olar, amma... BNA-nın diqqətinə - VİDEO

Paytaxtın Neftçilər prospektinin demək olar ki, bütün hər yerində dayanma durma qadağan olunub. Dayanma durmanın qadağan olunmasına səbəb odur ki, günün pik saatlarında həmin yolda sıxlıq və tıxac yaranmasın. Lakin prospektin elə hissəsi var ki, həmin hissədə sağ zolaqda avtomobillər hərəkət etmir. Kukla Teatrının yanında yol 3 zolaqdan ibarətdir. Bir az qarşıya getdikdən sonra Muzey Mərkəzinə çatmamış yol genişlənərək 5 zolağa çevrilir. Yol genişlənən hissədə sürücülər sağ zolaqla hərəkət etmədiyi üçün həmin zolağı bir cərgədə paralel dayanma durma üçün ayırmaq olar. Bulvara gələn sakinlər və yaxud həmin ərazidə adam mindirib düşürmək istəyən sürücülər qanunları pozmadan dayanmaq üçün yer tapa bilmirlər.
Axşam saatlarında həmin ərazidə qanunsuz olaraq yolun sağ zolağında avtomobillər parklanır. Hətta sürücülər avtomobillərini səkiyə çəpəki park edərək qaydaları pozurlar. Yaxşı olardı ki, Bakı Nəqliyyat Agentliyi prospektin qeyd etdiyimiz hissəsində bir cərgədə səkiyə paralel parklanmasına icazə versin.
Təbriz
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










