Bu şəxslər avtobusa minə bilməz, əks halda… – RƏSMİ

Son günlər ictimai nəqliyyat vasitələrində qeyri-adi hadisələr baş verir. Məsələn, bir vətəndaş avtobusun şüşəsini sındırır, yaxud yaşlı qadın əlində bıçaqla sərnişinləri təhdid və təhqir edir. Təəssüf ki, belə hallarda onlara heç bir müdaxilə olunmur.
İctimai nəqliyyatda təhlükəsizliyin təmin olunmasına kim nəzarət edir? Bu cür hadisələrin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Avtosfer.az xəbər verir ki, "Globalinfo" bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliynə (AYNA) sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, avtobuslarda baş verən neqativ halların araşdırılmasını, əsasən hüquq-mühafizə orqanları həyata keçirir:
“Aidiyyəti orqanlar daşıyıcı şirkətlərdən avtobusdakı müşahidə kameralarının görüntülərini yoxlamaq hüququna malikdir. Əgər sərnişin xəstə və ya sərxoş vəziyyətdədirsə və bu, digər sərnişinlərə narahatlıq yaradırsa, onun daşınmasından imtina edilə bilər. Belə vəziyyətdə olan sərnişin avtonəqliyyata minməməlidir.”
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, vətəndaşlar ictimai nəqliyyat vasitələri, eləcə də ictimai yerlərdə üzləşdikləri xoşagəlməz hallarla bağlı dərhal polis orqanlarına məlumat verməlidirlər:
“Bu cür halların qarşısının alınması üçün polis əməkdaşları müvafiq şəxsi tapıb məsuliyyətə cəlb edir. Vətəndaşlar hər hansı bir hadisə ilə qarşılaşdıqda və ya şahidi olduqda, dərhal polisə, nazirliyin sosial şəbəkə səhifələrinə və ya “102” zəng mərkəzinə məlumat versinlər. Hər birimiz sosial məsuliyyətimizi unutmamalı və cəmiyyəti narahat edən neqativ hallara qarşı birgə mübarizə aparmalıyıq. Bu yanaşma ictimai nəqliyyatda və digər ictimai yerlərdə təhlükəsizliyi artırmağa kömək edəcək”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












