Bu sürücülər 100 manat cərimələnə bilərlər

Bəzən tıxac və ya sıxlıq müşahidə olunan yollarda nəqliyyat vasitələri arasında yol polisi, yaxud təcili tibbi yardım maşını varsa, oun keçməsi üçün yol açılmasına şərait yaradılır. Əksər sürücülər isə yaranmış bu vəziyyətdən sui-istifadə edərək həmin nəqliyyat vasitəsinin ardınca irəliləyirlər.
Bununla bağlı nəqliyyat eksperti Elməddin Muradlı “MediaPost”a açıqlamasında bildirib ki, həmin nəqliyyat vasitələrini izləyərək sıxlıqdan çıxmaqla bağlı cərimələr mövcuddur:

“Yol hərəkəti qaydalarında bu barədə məlumat verilir və konkret olaraq göstərilir ki, operativ nəqliyyat vasitələrinə yol verməməyə görə məsuliyyət nəzərdə tutulur. O cümlədən operativ nəqliyyat vasitələrinə qoşulub, onların hərəkət etdiyi trayektoriya üzrə hərəkət etmək də qayda pozuntusudur və bununla bağlı cərimə 100 manat təşkil edir. Bəzi sürücülər bu qaydaları pozurlar, təcili yardım, polis avtomobili keçən kimi onun arxasınca hərəkət edirlər. Amma karvan şəklində hərəkət etmədikcə və tək halda olduqda digər sürücülər də onlara yol verərsə, həmin avtomobillərin arxasınca hərəkət edə bilərlər. Burada hər hansı nöqsan yoxdur, ancaq bəzi hallarda sürücülər bunu kobud şəkildə edirlər və qarşıda olan digər nəqliyyat vasitələrinin operativ nəqliyyat vasitələrinə yol verəcəklərini bilirlr deyə onlara qoşulub hərəkət etmək üçün qəflətən yola çıxırlar ki, bu da qəza riski yaradır. Bu hallara yol verməmək üçün diqqətli olmaq lazımdır”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












