Bu yol dünyanın ən uzun avtomobil yoludur - FOTO

Dünyanın maraqlı yolları sisiləsindən növbəti məlumatımız Pan-Amerikan şose yolu (Pan-American Highway) barədədir. Avtosfer.az xəbər verir ki, Ginnesin Rekordlar Kitabına əsasən, bu yol dünyanın ən uzun avtomobil yoludur. Onun uzunluğu 47958 kilometrdir. Yolun tikilməsi ideyası 1923-cü ildə irəli sürülüb. Alyaskanın şimalında Prudo-Bey qəsəbəsindən başlayaraq Şimali və Cənubi Amerikanı başdan-başa keçən bu yol Argentinanın cənubunda Uşuayya şəhərində başa çatır. Bu yol Amerika qitəsindəki xeyli dövlətlərin paytaxtlarından keçməklə əlverişli nəqliyyat şəbəkəsi yaradır. Onun ayrı-ayrı sahələri səhralardan, rütubətli cəngəlliklərdən, tropik bataqlıqlardan, qarlı dağ aşırımlarından keçərək maraqlı mənzərə yaradır. Yolun bəzi sahələri qarlı qış aylarında və tropik yağışlar sezonunda keçilməz olur.
Nurlan
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı















