Bunları etsəniz, qarlı havada maşınınız toqquşmaz - Avtomobil ustasından TÖVSİYƏ

Qarın yağmasına çoxumuz sevinsək də, bəziləri üçün yaxşı sonlanmadı. Söhbət qəza edən avtomobil sürücülərindən gedir. Qarlı-buzlu yollarda bəziləri qəzanı özü törətsə də, bəziləri isə istəmədən yol-nəqliyyat hadisəsinin iştirakçısına çevrilib. Yəni sürüşmə nəticəsində toqquşmalar, maneələrə çırpılma halları baş verib.
Bəs bu maşınların ən çox hansı hissələri əzilib? Belə hallarla rastlaşmamaq üçün sürücülər nəyə diqqət yetirməlidir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Redaktor.az"a danışan maşın ustası Murad Yunusov bildirdi ki, toqquşma zamanı ən çox ilk növbədə avtomobilin ön hissəsi zərbə alır:
"Qarlı havada sürüşkən yolda bamperlərin ciddi zərər görməsi mümkündür. Bu, həm də arxa hissəyə aiddir. Suspensiya hissəsi, hansı ki, bir çoxumuz buna asqı deyirik. Toqquşmada çox böyük rol oynayır, çünki yol şəraiti sabit olmayanda, məsələn, qarda sürüşərkən zərbə daha böyük ola bilər. Əyilmələr, hətta asqı hissələrinin sınması mümkündür. Toqquşmalar zamanı fənərlər və arxa işıqlar tez-tez zərər görür, çünki bunlar maşının ən həssas hissələrindəndir. Təkərlər də qarda sürüşərək və ya anormal sürətlənmə nəticəsində zədələnə bilər. Əgər toqquşma güclü olarsa, radiatorun zədələnməsi və ya mühərrikin yerləşdiyi yerin təhrif olması mümkündür".
Ustanın sözlərinə görə, qarlı hava şəraitində yolda sürüşmə ehtimalı yüksək olduğu üçün sürəti çox artırmamaq vacibdir.
"Yavaş və diqqətli sürmək, yolda olan dəyişikliklərə vaxtında reaksiya verməyə imkan yaradır. Qarlı və buzlu havada, uyğun təkərlərlə sürmək çox önəmlidir. Qış təkərləri həm dayanma məsafəsini azaldır, həm də daha yaxşı tutuş təmin edir. Təkərlərin hava təzyiqinin düzgün olduğuna əmin olmaq da vacibdir, çünki aşağı təzyiq sürüşkənlik riskini artırır. Sürüşkən yolda qəflətən yön dəyişdirməmək, ani əyləc etməmək, yumşaq və tədricən sürəti azaltmaq çox vacibdir. Əyləc məsafəsi qarlı yolda çox artır, buna görə irəlidəki maşına yaxınlaşmamaq və təhlükəsiz məsafəni saxlamaq lazımdır. Bütün bu tədbirləri nəzərə alaraq və ehtiyatlı sürərək qarlı havada avtomobil toqquşmalarının qarşısını almaq mümkündür", - deyə Murad Yunusov qeyd etdi.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










