Banner

Cərimə həm evinizə, həm də cibinizə gələcək

Yazarlar 2 İyun 2014 11:39 Oxunub 5827
Cərimə həm evinizə, həm də cibinizə gələcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP-yə nə qadağan olunub?

Mediada belə bir fikir yayılır ki, sürücünü polisə çağırmaq və saxlamaq qadağan edilib. Sürücülərin nəzərinə çatdırmaq istəyirəm ki, bu məlumat NATAMAMDIR və cəmiyyətdə çaşqınlıq yarada biər. Əslində, məsələnin mahiyyəti bir qədər fərqlidir və aşağıdakı kimidir.

1. Sürüclər tərəfindən nzibati Xətalar Məcəlləsinin 151.1, 151.2, 151.3, 151.3-1, 151.3-2, 151-1, 151-2.1, 151-3 və 158-1.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə, yəni radarla və ya kameralarla aşkar edilərək qeydə alındıqda sürücünü yolada (küçədə) saxlayaraq QAYDA POZUNTUSUNU RƏSMİLƏŞDİRMƏK qadağandır.

2. Yuxarıda göstərilənlər istisna olmaqla digər xətalara (məsələn, sərxoş vəziyyətdə idarə etmə, avtomobildə texniki nasazlıq olduqda, kəmər taxılmadıqda, telefonla danışdıqda, texniki baxışdan keçmədikdə və s.) görə sürücünü yenə də ƏVVƏLKİ KİMİ YOLDA SAXLAYARAQ QAYDA POZUNTUSUNU RƏSMİLƏŞDİRMƏK TAM QANUNİDİR.

3. Sürət rejimini pozma (151-1-ci maddə) istisna olmaqla, yuxarıda sadaladığım digər xətalar (İXM-in 151.1, 151.2, 151.3, 151.3-1, 151.3-2, 151-2.1, 151-3 və 158-1.3-cü maddələri) kamera olmayan yerdə və ya kameranın işləmədiyi vaxt DYP əməkdaşı tərəfindən aşkar edilərsə, yenə də ƏVVƏLKİ QAYDADA SÜRÜCÜNÜ SAXLAYARAQ YERİNDƏ SƏNƏDLƏŞMƏ APARILMALIDIR.

4. ƏN ƏSAS MƏQAM isə odur ki, DYP TƏKCƏ SÜRÜCÜNÜ CƏRİMƏLƏMƏK ÜÇÜN deyil. Onun başlıca funksiyası hərəkət təhlükəsizliyini təmin etməkdir. Ona görə də hətta sürət rejimi pozulduqda, yaxud göstərilən qayda pozuntuları kamera ilə qeydə alındıqda DYP istənilən sürücünü saxlaya bilər, lakin yerində sənədləşmə apara bilməz. Loru dildə bu o deməkdir ki, DYP əməkdaşı ildırım sürəti ilə radara düşən sürücünü saxlayır, heç bir protokol yazmır, heç bir qərar çıxarmır, sadəcə bu intizamsız sürücüyə deyir ki, belə sürmə, ölə bilərsən, özü də radara düşmüsən, cərimən evinə (SMS-lə həm də cibinə) gələcək. Vəssalam, yaxşı yol!

5. Yenilklərin əsas məğzi odur ki, sürücünün törətdiyi qayda pozuntularına görə onu DYP orqanlarına, yəni DYP-nin rayon və ya şəhər şöbələrinə, Baş İdarəsinə, DYP postlarına çağırmaq qadağandır. Sadəcə çağırılma qadağan edilir və sənədləşmə tam olaraq elektronlaşdırılır. Hətta yuxarıdakı 2-ci və 3-cü bənddə qeyd etdiyim halda DYP əməkdaşının sürücünü yerində saxlayaraq tərtib etdiyi qərar və ya protokol da elektron qaydada DYP-nin mərkəzi məlumat bazasına ötürülməlidir.

Beləliklə, hörmətli sürücülər, qanunvericiliyə edilən dəyişikliklər iki qadağa müəyyən edir:

1) sizi sənədləşmə üçün DYP-yə çağırmaq qadağandır;

2) radarla və ya kamera ilə qeydiyyata alınan qayda pozuntusunu yerində sənədləşdirmək qadağandır.

Amma nəqliyyat vasitəsinin DYP əməkdaşı tərəfindən dayandırılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduqda DYP əməkdaşının istənilən nəqliyyat vasitəsini dayandırmaq səlahiyyəti olduğu kimi qalır. Sadəcə qayda pozuntusu radarla və kamera ilə qeydə alınıbsa, yerində heç bir sənədləşmə aparıla bilməz.

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Fərid 10 Noyabr 2014 22:55
Salam. Bəs qayda pozuntusu olmadan YP-i sürücünü saxlaya bilər