Cərimələnə bilərsiniz! - “Avtobuslara nəzarət kamerası quraşdırılacaq” - FOTO

Sosial mediada atobusların üzərinə nəzarət kameralarının yerləşdirilməsi görüntüləri əks olunub. Belə ki, həmin kameralar avtobus zolağına daxil olan avtomobilləri çəkib DYP-ə təqdim etmək məqsədi güdəcək.
Bəs bu prosesin nə vaxtdan tətbiq ediləcəyi planlaşdırılır?
Mövzu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı “MediaPost”a cavab verib ki, hazırda belə bir məsələ faktiki olaraq yoxdur. O bildirib ki, bu kameraları Qazaxıstanın “Sergek” qrup şirkəti Azərbaycanda test üçün avtobuslara quraşdırıb:

“Bu kameralar çoxfunksiyalıdır, avtobus zolağına daxil olan nəqliyyat vasitələrini, eyni zamanda digər qayda pozuntularını qeydə alır və əsas funksiyası aidiyyəti üzrə yol polisinin mərkəzi informasiya sisteminə yönləndirməkdən ibarətdir. Azərbaycanda bu cəmi bir, ya iki avtobusda quraşdırılıb və hələ heç kimə cərimə yazılmır, sadəcə test rejimində işləyir. Zamanla bəlli olacaq ki, həmin kameraların çəkdiyi qayda pozuntuları rəsmi sənəd kimi sayılacaq, yoxsa yox. Nəticəsi olarsa, “Yol hərəkəti haqqında” qanunda, İnzibati Xətalar Məcəlləsində bununla bağlı müəyyən dəyişikliklər olmalıdır”.
Ekspert qeyd edib ki, hələlik qanunvericilik imkan vermədiyinə görə heç kim deyə bilməz ki, avtobusa quraşdırılan kamera ona cərimə yazıb: “Faktiki olaraq bugünkü qanunvericiliyə uyğun olmadığı üçün bu dəqiqə kiməsə cərimə yazılacağını düşünmürəm. Lakin belə bir məsələ gözlənilir. Ancaq gələcəkdə bu texnologiyanın imkanlarından istifadə edərək tətbiq etmək mümkündür və olmalıdır. Çünki artıq avtobus zolaqlarına nəzarət etmək çətindir, hər yüz metrdən bir kamera qoymaq faktiki olaraq mümkün deyil. Ancaq mütəmadi olaraq həmin marşrutlar bunları qeydə alıb polisin mərkəzi informasiya sisteminə ötürsə, bir növ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə yol polisinin işinə töhfə vermiş olacaq. Bu zaman artıq sürücülər də biləcək ki, avtobus zolağına girmək olmaz, avtobus zolağı elə avtobuslar üçün nəzərdə tutulub. Beləliklə, bu məsələ ilə bağlı testin nəticələrindən sonra atılacaq addımları gözləmək lazımdır”.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











