Cəriməni ödəməsəniz, başınız dərddə olacaq - MƏHDUDİYYƏT

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 1-dən bu günə qədər 48386 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Cərimə heç nəyi dəyişmir: qaydaları pozanların sayı azalmaq bilmir
Ancaq bəzən vətəndaşlar belə düşünürlər ki, tətbiq edilən cərimələri ödəməsələr də olar. Bu dövr ərzində inzibati məsuliyyətə cəlb edilən şəxslər cərimələrini ödəməsələr, nə ola bilər?
Avtosfer.az xəbər verir ki, sputnik Azərbaycan bu məsələyə aydınlıq gətirib.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, inzibati məsuliyyətə cəlb edilən vətəndaşlar arasında sürücülər çoxluq təşkil edir. Çünki xüsusi karantin rejiminin ilk günlərində sürücülər yollara çıxır və qaydaları pozurdu: "Məndə olan məlumata görə, sürücülər əgər 1 ay müddətində cəriməni ödəməsə, üzərinə faiz gəlir. Sonrakı müddətdə isə avtomobilin saxlanması ilə bağlı qərar verilir. Bu baxımdan sürücülər diqqətli olmalı və cərimələri ödəməlidirlər".
E.Muradlı qeyd edib ki, vətəndaşların cərimələri ödəməsi sahə müvəkkillərinə tapşırılıb. Belə ki, karantin qaydasını pozan vətəndaşların evlərinə bildirişlər göndəriləcək.
"Vətəndaşlar cərimələri onlar haqqında tərtib edilmiş protokolun nömrəsinə əsasən istər onlayn, istərsə də poçt və ya bank vasitəsilə ödəyə bilərlər. Cərimə ödənilmədiyi halda onların barəsində müxtəlif məhdudiyyətlər tətbiq edilə bilər. Bu səbəbdən vətəndaşlar bu məsələyə məsuliyyətli yanaşmalıdırlar" – deyən ekspert hesab edir ki, hazırda karantin dönəmi olduğu üçün vətəndaşlar cəriməni ödəyə bilmirlər. Bu müddət ərzində həmin məbləğin üzərinə faiz gəlməməlidir.
Qeyd edək ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) məsuliyyətə cəlb etmə nəzərdə tutulub.
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










