“Çinar-Trans” sürücüyə dəymiş ziyanı ödəmir: “Əlindən gələni 5 qaba çək”

Bakı şəhər Xətai rayon sakini Əliyev Zamin Qurban özbaşınalıqla üzləşdiyini idda edir. Vətəndaş bildirir ki, 160 nömrəli avtobusun sürücüsü onun avtomobilini vursa da, “Çinar-Trans” MMC şirkəti dəymiş zərəri ödəməkdən boyun qaçırır.
Z.Əliyev qeyd edib ki, onun avtomobilini 2023-cü il sentyabrın 8-i Atəşgah dairəsindən hava limanı istiqamətinə doğru hərəkət edən zaman piyada keçidinin altında 160 nömrəli avtobus onun maşınını arxadan vurub. “Mən yolun sağında qəza işıqlarını yandırıb dayanmışdım. Avtomobilim "Toyota Prius"dur. "Paşa Sığorta"ya zəng etdim, gəlmədi, dedi ki, o avtobusların sığortası olmur, özünüz həll edin.Yol polisi əməkdaşları da gəldi, dedi ki, özün həll edərsən. Çünki bu avtobusun sığortası yoxdur. Ümumiyyətlə, şirkət sürücüləri sığorta etmir. Ailədə tək işləyirəm. İkinci qrup əlil övladım var. Hər gün onu müalicə mərkəzinə aparıb gətirirəm. İndi məcburam taksi xidmətindən istifadə edim. Şirkət mənə hərtərəfli maddi və mənəvi zərər vurub. Deyirəm ki, avtobusun öz kamerası var, niyə baxmırsınız? Cavab verirlər ki, get, kimə istəyirsən şikayət elə, əlindən gələni 5 qaba çək. Dəfələrlə məsələ ilə bağlı şirkətin Elməddin adlı hüquqşünası ilə danışsam da, problemi həll etmir.”
Sürücü deyir ki, şirkətin hüquqşünası ilə 3 dəfə telefonla danışıb. “Getdim servislərinə məni içəri buraxmadılar. Sürücünün sığortası olmadığı üçün sığorta məsələyə qarışmır. Ərizəyə qol çəkmişəm. DYP-dən sürücü Səlimov Əlamətin inzibati xətası və avtomobilimə dəyən ziyanla bağlı akt da verilib. Servisdə aparılan qiymətləndirmədə zərərin məbləği 3200 azn-dir. Sürücü də, hüquqşünas da deyir ki, nə bilirsən et. “Çinar-Trans” MMC-yə sığorta ilə bağlı dəflərələ xəbərdarlıq edilib, hətta məhkəməyə verilib. Amma şirkət öz bildiyin edir. Yəqin kiməsə, hansısa qüvvəyə arxayındır. Mən isə Prezidentimə, Dövlətimə arxayınam. Xahiş edirəm, “Çinar-Trans” MMC-nin özbaşınalıqlarına son qoyulsun və mənə dəyən maddi zərər ödənilsin.”
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










