Çıxarışsız evlərlə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ: "Qətiyyən almayın, əks halda..."

“Azərbaycanda çıxarışsız, yəni dövlət qeydiyyatına alınmamış daşınmaz əmlakların alqı-satqısı qanunla qadağandır. Qanunvericiliyə əsasən yalnız mülkiyyət hüququ rəsmi şəkildə təsdiqlənmiş əmlakların satılması və alınması hüquqi cəhətdən mümkündür. Vətəndaş çıxarışı olmayan əmlakı alarkən ciddi risklərə məruz qalır. Belə ki, alqı-satqı prosesi notarial qaydada həyata keçirilmədiyindən, bu zaman alıcı əmlak üzərində hüquqi mülkiyyət əldə edə bilmir. Nəticədə əmlakın nə sığortalanması, nə də qanuni şəkildə satılması və ya bağışlanması mümkün olur”.
Avtosfer.az xəbər verir ki, bu sözləri əmlak məsələləri üzrə ekspert Elnur Azadov "Konkret.az"a açıqlamasında səsləndirib:

“Məsələnin digər tərəfi isə bu cür əmlaklarda yaşamaqla bağlı yaranan çətinliklərdir. Əgər həmin tikili yaşayış üçün nəzərdə tutulubsa, qeydiyyata düşmək, kommunal xidmətlərə qoşulmaq qeyri-mümkün olur”.Ekspert bildirib ki, çıxarışı olan torpaq sahələrinin belə, təyinatı uyğun deyilsə, tikinti işləri aparmaq mümkün olmur. “Məsələn, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evi tikmək qanunla yolverilməzdir. Bu halda nə tikintiyə icazə verilir, nə də kommunikasiya xətləri çəkilir. E.Azadov vətəndaşlara xəbərdarlıq edir ki, daşınmaz əmlak alarkən yalnız rəsmi qeydiyyatdan keçmiş, çıxarışlı və notarial qaydada sənədləşdirilmiş əmlaklara üstünlük versinlər. Əks halda, alıcı həm maddi zərərə uğraya, həm də uzunmüddətli hüquqi problemlərlə üzləşə bilər.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












