Dayanacaqlar vahid qurum tərəfindən idarə olunacaq

Avtonəqliyyat vasitələrinə və avtomobil nəqliyyatının infrastruktur obyektlərinə dair ümumi tələblər təkmilləşdirilir. Bununla bağlı “Avtomobil nəqliyyatı haqqında” Qanuna bir sıra dəyişiklik təklif olunur. Layihəyə əsasən, müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsi, onların quraşdırılması, idarə edilməsi və saxlanılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təmin ediləcək.
Nəqliyyat məsələləri eksperti Elməddin Muradlı deyib ki, burada yenilik ümumi istifadədə olan sərnişin nəqliyyatı üçün dayanacaq məntəqələrinin yaradılması, təşkili, idarə edilməsi, saxlanması məsələsinin vahid qurum tərəfindən həyata keçirilməsidir.
Onun sözlərinə görə, qanun qəbul edildikdən sonra bu səlahiyyətlərə yalnız Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) malik olacaq və yerli icra hakimiyyətləri artıq belə bir iş görə bilməyəcəklər:
“Məsələnin əsas mahiyyəti budur. Bu işləri indiyə qədər Bakı şəhərində AYNA, bölgələrdə isə icra hakimiyyətləri həyata keçirirdi. İndi bu proses vahid bir qurum tərəfindən həyata keçiriləcək. Çünki mərkəzləşdirilmiş qaydada icra və nəzarətə həqiqətən ciddi ehtiyac var. Çünki indiyədək vahid və konkret standart olmayıb, kimin ağlına nə gəlibsə, hansı icra başçısı hansı şirkəti və hansı dayanacaq formasını bəyənibsə, onu alıb quraşdırıb. Amma bu vahid standart olmadığına görə baş verən bir mənzərədir. Qanun qəbul olunandan sonra bu neqativ vəziyyəti aradan qaldırmaq lazımdır”.
Qeyd edək ki, qanun layihəsi Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 17-də keçirilən iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunub.(iqtisadiyyat.az)
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











