Dəmiryol Vağzalı ətrafındakı vəziyyətə görə narazılıq artır: "Şərait yaradılmalıdır"

Xəbər verdiyimiz kimi, metronun "28 May" stansiyası və Bakı Dəmiryol Vağzalının qarşısına avtomobillərin girişi qadağan olunduqdan sonra dəmir yolundan istifadə edən sərnişinlər üçün çətinlik yaranıb. Belə ki, ərazidə sərnişinləri qarşılaya və ya yola sala bilmək üçün, həmçinin taksidən istifadə üçün yer müəyyən edilməməsi həm Bakı sakinlərinin, həm də rayonlardan gələn qonaqların narazılığına səbəb olub.
Məsələ ilə bağlı redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, bununla bağlı orada müəyyən işlər görüləcək və artıq Rəqəmsal İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi plan hazırlayıb.
"Plan əsasında orada yenidənqurma işləri həyata keçiriləcək, asfalt örtüyü dəyişiləcək və çox güman ki, orada operativ nəqliyyat vasitələrinin daxil olması imkanı yaradılacaq. Eyni zamanda taksilər üçün, taksilərin dayanması-durması üçün ərazi olacaq. Biz də bu məsələdən narahatıq və aidiyyəti qurumların diqqətinə çatdırmışıq ki, yəni insanlar ora yüklə gəlir və yaxud da qatardan gəlib yüklə düşür. Bu yükü kim daşıyacaq? Araba şirkəti yaratmaq lazımdır, yoxsa vətəndaş özü araba ilə yükü daşımalıdır? Yəni, bax belə suallar ortalığa çıxıb. İndi deyirlər ki, biz bunu müzakirə edirik. Amma hesab edirəm ki, bu, doğru deyil".
Onun sözlərinə görə, əvvəldən bu təhlillər aparılıb, sonra qərar qəbul etmək daha yaxşı olardı:
"Çox təəssüf ki, Nəqliyyatı Əlaqələndirmə Şurası belə tez-tələsik bir qərar verib. Belə bir nəticə ortalığa çıxıb. Yəni addım atıb, sonra təhlil aparmaq bir az düzgün deyil. Əvvəl təhlil aparırlar, sonra addım atırlar. Hər halda, dediklərinə görə, bu məsələlər tənzimlənəcək. Üst hissədə parkinq yaradılacaq. Avtomobillərin giriş-çıxışı üçün, sərnişinlərin vağzala gəlib-getməsi üçün, yükləri götürməsi, yükləri boşaltması üçün imkan yaradılacaq və bunu gözləyirik. Bu, mütləq olmalıdır. Yəni bunsuz belə bir sistem effektiv olmayacaq. Çünki dəmir yolundan onsuz da insanlar qaçaqdır. Ora girib çıxa bilmirlər, maşın saxlamağa yer tapa bilmirdilər. İndi ümumiyyətlə girib-çıxa bilməyəcəklər. O zaman da dəmir yolunda müştəri, sərnişin qalmaz ki. Yəni effektivliyi artırmaq üçün müəyyən həll yolları mütləq tapılmalıdır".
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











