Deputat plyonkaya görə DYP-yə səsləndi: "150 manat cərimədən söhbət gedir"

Dostumuz, yol hərəkəti məsələləri üzrə ekspert-jurnalist Elməddin Muradlı bir deputat olaraq bizə müraciət edib ki, plyonkalarla bağlı məsələnin həllinə yardım edək və qanunvericilikdə nəzərdə tutulan bu mühüm dəyişikliyi həyata geçirək.
Həqiqətən də DYP keçən il açıqlama verdi ki, "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilənədək nəqliyyat vasitəsinin arxa yan şüşələrini tündləşdirməyə görə cərimə yazılmayacaq. Artıq onların nəzərdə tutduğu müddət mayın 1-də başa çatır və hələ də bu məaələyə aid qanunda dəyişiklik baş verməyib. Avropa İqtisadi Komissiyasının 42 saylı qərarında da belə bir müddəa yer alır ki, arxa şüşəni tündləşdirmək təhlükəsizlik baxımından sürücüyə maneçilik törətmədiyinə görə cərimə tətbiq olunmamalıdır.
Parlament seçkiləri və koronavirusla bağlı karantin rejiminin tətbiqi Milli Məclisin yenidən formalaşması və fəaliyyəti üçün fərqli situasiya yaratdığına görə bu məsələ obyektiv səbəbdən bir qədər diqqətdən kənarda qalıb. Bütün hallarda hələ ki, qanunda düzəliş edilməyibsə, koronavirusla bağlı tətbiq olunan məhdudiyyətlər ortadan qalxana qədər plyonkaya görə cərimə tətbiq edilməməsi ilə bağlı Dövlət Yol Polisi bu müddətin bir ay da ertələnməsi barədə variant üzərində düşünüb təkliflərini verə bilər. Həmin müddət Milli Məclisə də imkan verər ki, müvafiq qanunda dəyişikliyi gerçəkləşdirə bilsin. Burada 150 manatlıq cərimədən söhbət gedir, hər bir halda vətəndaşın vəziyyətini yüngülləşdirmək məqsədilə belə bir xoşniyyətli addımın atılması məqsədəuyğun olardı.
Fazil Mustafa, Millət vəkili
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı













