Banner

Deputatlar və məmurlar bircə gün işə velosipedlə gələr?

Yazarlar 7 May 2014 00:57 Oxunub 2224
Deputatlar və məmurlar bircə gün işə velosipedlə gələr?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mənasız rəqabət və eqoizm bizim sağlamlığımıza və tərbiyəmizə zərbə vurur

Bu gün mətbuatın müraciət etdiyi mövzulara diqqət yetirsək, çox aydin şəkildə görərik ki, ictimaiyyət üçün ən aktual mövzulardan biri yollarda qəzalar və tixaclardır. Ümumiyyətlə, avtoqəzalarla bağlı hazırda ən çox səslənən fikir yüksək sürət və sərxoş halda maşın idarə etməkdir. Lakin digər mühüm məsələ də var ki, insanlar bunu unudurlar. Avtombillər arasında ara məsafəsinin dəqiq seçilməməsi və avtomobil idarə edərkən insanların psixoloji durumunun normal olmaması da ciddi fəsadlar törədir. Avtomobili idarə edərkən kifayət qədər ara məsafəsinin olması sürücünün manevr imkanlarını artırır və qəzadan yayınmaq üçün vaxt, sağa və sola dönmək imkanı yaradır. Amma çox təəssüf ki, bizdə sürücülər təhlükəsizlik üçün ara məsafəsinin nə qədər əhəmiyyətli olduğunu bilmirlər. Bu, çox vacib amildir. Təbii ki, əgər sürücü sərxoşdursa və avtomobilin sürəti həddən artıq çoxdursa, demək, artıq qəzaya çox yaxınsınız.

Psixoloji durum məsləsi də ciddidir. Xırda qəzaların tədqiqatını aparsanız, çox aydın şəkildə görərsiniz. Bu qəzalar ehtiyatsızlıq, əsəb və yorğunluqdan daha çox baş verir. İnsanların tıxacda keçirdiyi gərginlik, yolların qazılması və alternativ yol tapılmaması nə qədər əsəb yaradır. Kiçik tutumlu bir şəhərdə avtobillərin sayı sürətlə artır ki, bu da ciddi amildir. Çoxlu avtobilin olması çoxlu qayda pozuntusu və qəza deməkdir.

Qəzaların statistikasını nəzərdən keçirsəniz görərsiniz ki, qəzalarda həlak olanların əksəriyyəti kasib adamlardır. Bu da təbiidir. Çünki kasib adamlar ucuz və köhnə maşınları idarə edirlər ki, onların da əskəriyyəti sovet maşınlarıdır. Bu maşınların insan təhlükəsizliyinin təmin olunması baxımından konfortu çox aşağı səviyyədir. Buna görə də istənilən xarici maşınla toqquşan sövet istehsalı olan və ya kohnə maşınlarda ölüm halları daha realdır.

 

Tıxac vaxt itkisilə yanaşı insanların səhhətinə də ciddi zərbə vurur

 

Çox təəssüf ki, Azərbaycanda yol mədəniyyəti, yolun istimari, yola bağlı bütün yanaşmalar anormaldır. Təsəvvür edin, yol çəkilir, amma ictimai nəqliyyat vasitələri, velisoped üçün xüsusi yol yoxdur. Avropada bütün yollarda velosiped zolaqları var. Bu, hətta keçmiş sovet ölkələrinin əskəriyyətində də var. Lakin Bakıda yoxdur. Nəzərə alsaq ki, Azərbaycana gələn əcnəbilərin əksəriyyəti Bakıda qalır və onların velosipedi var, o zaman onlarda Azərbaycanın yol mədəniyyəti haqqında təsəvvürü heç də yaxşıya doğru formalaşmır.


Tıxacla bağlı xeyli işlərin görülməsinə ehtiyacvar. Əslində, yolların təmiri, genişləndirilməsi, yol ötürücülərinin tikilişi prosesə təsir etsə də, bu, yetərli deyil. Burada iki günahkar tərəf var; sürücülər və bu işə nəzarət edən dövlət orqanları. Bilirsiniz ki, uzun müddətli tıxac əsasən nə zaman yaranır. Bir tərəfdən sürücülər öz zolaqlarında hərəkət etməli olduğu halda, qabağa düşmək məqsədilə qarşıdakı zolağa daxil olur və əks istiqamətdə hərəkət edən avtobillərin yolunu kəsir.

Digər problemlər adətən iş vaxtı bidikdən sonra olur. Hamı 18:00-da işdən çıxır və hərəkət məhdulaşır. Bunun üçün dövlət bir neçə mühüm tədbirlər həyata keçirilməldir. Məsələn, iş vaxtlarına dəyişklik edilə bilər. Elə dövlət orqanları var ki, (vergi, məhkəmə və sair.) onların iş vaxtına dəyişklik edilməsi ciddi narahatlıq yaratmaz. O zaman sıxlıq bir qədər azalar. Həmçinin, Bakıda işıqforların çox olması bəzi «baş yollar»da sürətli hərəkətə mane olur. Bunun üçün yol polisi nizamlayıcı funksiyasını yerinə yetirməlidir. Lakin yol polisləri əksər vaxtlarda qaynar nöqtələrdə olmurlar.

 

At gücü çox olan xarici maşınlara ehtiyac varmı?

 

Çox təəssüf ki, insanlar avtomobilə vasitə kimi deyil, həyat simvolu kimi baxılar. Mənasız rəqabət və eqoizm bizim sağlamlığımıza və tərbiyəmizə zərbə vurur. Bu gün Avropada insanlar sürətli şəkildə kiçiktutumlu maşınlara üz tuturlar. Burada iki səbəb var: benzinə qənaət və ekologiyanın qorunması. Avropada kifayət qədər məmur işə velosipedlə gedir. Bu, həm sağlamlıq, həm də qənaətdir. Azərabycanda isə avtombil vəhşiliyi yaşanır. İnsanlar fərqlənmək üçün bütün varı-dövlətini avtomobilə verir. Deyək ki, varlıların imkanı var, alır. Bir az aşağı təbəqənin adamları da onlara oxşamaq üçün vardan-yoxdan çıxıb bahalı maşınlara meyl edirlər. Amma unudurlar ki, at gücü yuksək olan avtobillər ekologiyanın korlanmasına nə qədər təsir edir. Təsəvvür edin, tıxacda oldugu zaman onlar bu zəhərlənməni daha da sürətləndirir.

Dünyanın ən müasir avtomobilləri belə idarə olunarkən onlardan havaya daxil olan tullantılar, qazlar təbiətə ziyandır. Düşünün ki, bunun nəticəsində bizim sağlamlığmız sual altına düşür. Sürətlə ağac kəsilir, artan yeni tikililərin tozu, dənizin çirklənməsi, avtobillərin artması, zibilliklərin genişlənməsi, insanların təbiətə düşmənçiliyi, içməli su ehtiyacının tükənməsi Bakı üçün ciddi təhlükədir. Odur ki, bu gün dövlət orqanları və media velosipedlərin idarə edilməsini təbliğ etməlidir. Məsələn, bir gün - «Ekologiya günü» bütün millət vəkilləri və məmurlar işə velosipedlə gəlsinlər.

 

Elçin Abdullayev,

Demokratik Təsisatlar və İnsan Huquqları İctimai Birliyinin sədri

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh