"Dubaydan maşın" vədi ilə 250 minlik dələduzluq iddiası: "Ortada nə avtomobil var, nə də pul" - FOTO

Xaricdən avtomobil gətirilməsi vədi ilə vətəndaşlardan külli miqdarda vəsait toplandığı iddia olunur. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, Fuad Nəcəf adlı şəxsin iddiasına görə, maşın alqı-satqısı ilə məşğul olan Elvin Hüseynov və onunla birgə çalışan şəxslər "Autobazar" MMC şirkəti adı altında vətəndaşlarla müqavilələr bağlayaraq, Dubay bazarından avtomobil gətirmək vədi ilə onları aldadıblar. İddiaçı bildirir ki, Elvin Hüseynov və onun komandası müqavilə bağladıqları şəxslərə nəqliyyat vasitələrini təhvil verməməklə yanaşı, aldıqları vəsaiti də geri qaytarmırlar.
Fuad Nəcəfin sözlərinə görə, zərərçəkmişlərin sayı 15 nəfərə çatır, ümumi maddi zərər isə 250 min manatdan çoxdur:
"Səsyazıları, müqavilələr, ödəniş anlarının gizli çəkilişləri və digər sübutlar mövcuddur".
Şikayətçi əlavə edib ki, adıçəkilən şəxslər sosial şəbəkələrdə özlərinə məxsus çoxsaylı səhifələr açaraq fəaliyyətlərini reklam edir, tənqidi şərhləri isə silərək istifadəçiləri blok edirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov bildirib ki, xarici ölkədən avtomobil gətirmək adı ilə insanları aldadaraq onların maddi vəsaitlərini ələkeçirmə faktı ilə bağlı ərazi polis orqanına müraciət daxil olub:
"Məsələ ilə bağlı araşdırma aparılır".
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı.
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı sözügedən şəxslərin mövqeyini dinləməyə hazırıq.


Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












