Reklam

DYP hara baxır; 200 minlik maşına nömrəni səhv vurublar - FOTO

Yazarlar 3 Sentyabr 2014 08:09 Oxunub 11261
DYP hara baxır; 200 minlik maşına nömrəni səhv vurublar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda AA seriyalı avtomobilin dövlət nömrə nişanı standarta uyğun deyil

Fotolarda gördüyünüz «Mersedes- Galendewagen» markalı, 10 A.. 991 dövlət nömrə nişanlı avtomobilin sahibi qanun pozuntusuna yol verib. Avtosfer.az-ın verdiyi məlumata görə, bu avtomobilin üzərindəki nömrə standarta uyğun deyil. Belə ki, qəbul olunmuş standartlara görə, dövlət nömrə nişanının üzərindəki bayraq və AZ yazısı sol tərəfdə olduğu halda, bu avtomobilin sahibi həmin qaydaları pozaraq sağ tərəfdə yazdırıb. Görünür, bu addımı atmaqla başqalarından seçilməyə çalışan 200 minlik maşının sahibi qaydaları pozduğunun fərqindədir. O, fərqində olmasa belə, dövlət yol polisi əməkdaşları bunun fərqinə varmalıdırlar. Çünki Avtosfer.az-ın məlumatına görə, həmin avtomobil 2011-ci ildən məhz bu cür nömrə ilə idarə olunur. Ola bilməz ki, 3 ildən çoxdur heç bir DYP əməkdaşı bu qanunsuzluğu görməsin. Görürsə, niyə qanuni ölçü götürülmür?

Avtosfer.az saytı Azərbaycanda mövcud olan dövlət nömrə nişanının standartının da fotosunu təqdim edir. Hər halda, 3 ildən çoxdur bu maşını görməzlikdən gələn DYP əməkdaşları bəlkə bundan sonra qayda pozanların şəxsiyyətinə, kimliyinə və maşınına görə onlara fərq qoymasınlar. Və nömrə standartını da öyrənsinlər. Çünki heç kimin ixtiyarı yoxdur ki, dövlətin bayrağını öz kefinə uyğun olaraq hara istəsə yapışdırsın.

Maraqlıdır, görəsən, bu avtomobilin sahibi Azərbaycan bayrağını və AZ işarəsini sağ tərəfə keçirməklə nə demək istəyir və ya nəyə nail olmağa çalışır? Məsələ burasındadır ki, Baş Dövlət Yol Polisi İdarəsində bu cür nömrə verilmir. Çünki AZ nişanı və bayrağın sağ tərəfdə olması standartın pozulması deməkdir. Amma nömrə Baş DYPİ-də verilibsə, bu, qaydaların kobud şəkildə pozulması deməkdir. Yox əgər, bu nömrə DYP-də yox, haradasa kustar üsulla yazılıbsa, o zaman bu avtomobilin sürücüsünü ən azı 60 manat və 4 bal gözləyir. 

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, nəqliyyat vasitəsini saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə idarə etməyə görə İnzibati Xətalar Məcəlləsinin 155.3-cü maddəsində altmış manat miqdarında cərimə və 4 bal nəzərdə tutulur. Bundan başqa, həmin halda nəqliyyat vasitəsi saxlanıla, yəni mühafizə olunan duracağa qoyula bilər. Çünki dövlət qeydiyyat nişanının saxta olması və ya başqa nəqliyyat vasitəsinə aid olması həmin nəqliyyat vasitəsinin kimin mülkiyyətində olması ilə bağlı məsləni aydınlaşdırmağı tələb edir. Belə avtomobil qaçırılmış ola bilər. Ümumiyyətlə, avtomobilin standartlara uyğun öz nömrələri yerin bağlananadək onun hərəkətinə icazə verilə bilməz.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Farid 10 Noyabr 2014 22:55
1993-cü ildə seriya nömrələrinin qeydiyyatında dəyişiklik edildi. 1991-ci ildəki qeydiyyat formatına bir hərf əlavə edildi, rəqəmlər ilə hərflər bir-birindən defislə ayrıldı, sağda olan AZ indeksi sol tərəfə yerləşdirildi və indeksin yuxarısında Azərbaycan bayrağı qeyd olundu.Xəbəri verməmişdən qabaq o haqda ətraflı məlumat alın zəhmət olmasa.Oxuyun: http:az.wikipedia.orgwikiAzərbaycan_Respublikası_avtomobil_dövlət_nömrə_nişanı
Elnur 10 Noyabr 2014 22:55
bildiyinizide yazirsiz, bilmediyivizide yazirsiz, brda qanunsuz hecne yoxdu kohne dovlet idare mawinlarinin nomreleri bu curdu.