Yol polisi həftəsonu kimləri ezamiyə ilə rayonlara buraxmır? – Şərh, aydınlıq…

Son vaxtlar karantin tətbiq edilən ərazilərdən həftəsonu rayonlara ezamiyyət gedənlərin əksəriyyətinin vəziyyətdən sui-istifadə etməsi hallarına rast gəlinir. Reportyor.info-nun məlumatına görə, ezamiyyə vərəqəsi olanların, xidməti vəsiqəsini postlarda göstərənlərin şənbə – bazar günləri bölgələrə iş deyil, şəxsi məqsəd üçün getdikləri aydınlaşır.
Aydın məsələdir ki, müəssisələr əməkdaşlarını bir çox hallarda iş günləri rayonlara ezam edirlər, həftəsonları qeyri-iş günüdür deyə istisna hallarda təcili belə ezamiyyələr ola bilər.
Ona görə sui-istifadə hallarının qarşısının alınması üçün tədbirlər və nəzarət gücləndirilir. Artıq Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu rayonlara ezamiyyət üçün gedənlərə xəbərdarlıq edib.

Bildirilib ki, şənbə və bazar fəaliyyət göstərməyən sahələrdə çalışanlar həftəsonu rayonlara gedəcəyi halda postlardan buraxılmayacaqlar. Amma bu rəsmi açıqlama birmənalı qarşılanmayıb, xüsusən bəzi jurnalistlər narazılıq etməyə başlayıblar. Halbuki, həftəsonu regionlara səfər edən bəzi jurnalistlər var və onların heç də çəkilişə yox, ailəsi ilə gəzməyə, yaxud kənddəki evlərinə baş çəkməyə getdikləri məlum olur.
Bu məsələyə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev də izah verib. DYP rəsmisi deyib ki, KİV əməkdaşının əsaslandırılmış müraciəti və sənədi olarsa, postdan buraxılacaq. Onun sözlərinə görə, həftəsonu rayona gedən jurnalistin əlində konkret ezamiyyə vərəqəsi varsa, hansı əraziyə gedəcəyi göstərilirsə, postdan buraxıla bilər. Amma sükan arxasında olan KİV əməkdaşı həftəsonu ailə üzvləri ilə hansısa əyalətə gedirsə, bunu xidmətlə əlaqəli ezamiyə kimi qiymətləndirmək olmaz.

Əvvəla, hansısa rayonda hadisə varsa, yaxud jurnalist reportaj hazırlamağa təhkim olunubsa, ailəsi ilə getmir. İkincisi, bölgələrdə həftəsonu istisna hallarda spontan hadisə baş verir və bütün medianın diqqəti ora yönəlir. Təcili olay yoxdursa, jurnalist şi günləri ezamiyyə vərəqəsi ilə çəkilişə gedə bilər.
Eyni zamanda ölkədə kifayət qədər bölgə müxbirləri, vətəndaş jurnalistikasının fəalları, bloqqerlər, sosial şəbəkə aktivistləri var ki, hər hansı rayonda mühüm hadisə olanda dərhal çəkib yayırlar.
Üstəlik, söhbət həftəsonu xidmət göstərməyən sahələrdə çalışanların şənbə-bazar rayonlara səfər etməsindən gedir.
Axı həmin əməkdaşın iş yeri həftəsonu işləmirsə, rayona hansı xidmətin arxasınca gedə bilər və nə üçün avtomobildə bu zaman ailə üzvləri olmalıdır?!
Deməli, sui-istifadədir və səfər istirahət məqsədi daşıyır. DYP məhz bu faktorları nəzərə alaraq, həftəsonları rayonlara səfərlərlə bağlı nəzarəti gücləndirməyə başlayıb.
Niyyət və arzu isə bir hədəfə yönəlib – epidemiyaya yoluxma artmasın, qanun-qaydalardan sui-istifadə olunmasın…
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı










