Əfsanəvi Fred Asifin oğlu: “Çox keçməz, Ağdamı geri alarıq”
Yazarlar
23 Oktyabr 2020 09:30

“Gələcək nəsillərə Ağdamın qəhrəman şəhər kimi necə döyüşdüyünü göstərməliyik”.
Avtosfer.az xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, Fred Asif ləqəbi ilə tanınan Birinci Qarabağ müharibəsinin şəhidi Asif Məhərrəmovun oğlu Azər Məhərrəmov deyib. O, döyüşmək üçün orduya könüllü yazıldığını bildirib.
“Döyüşü və qələbəni çoxdan gözləyirdik. Müharibənin ilk günlərindən Ağdama gedib orduya könüllü yazıldım. Bizim nəsildən ordumuzda xeyli döyüşçü var. Ağdama, Füzuliyə 3 dəfə yardım aparmışıq. Ordumuza həmişə inanmışam. Amma belə sürətli və uğurlu olacağını ağlıma gətirməmişdim. Məni ən çox sevindirən xalqımız arasında ruh yüksəkliyinin yerinə qayıtmasıdır. Hamımız yumruq kimi bir nəfərik. İlk günlərdə Şəhidlər xiyabanına, rəhmətlik atamın məzarına getdim. Dedim, ata, çox keçməz, bir aya kimi Ağdamı geri alarıq. Mənə elə gəlir ki, heç bir ay da çəkməyəcək. Ordumuzdakı inam məni heyrətləndirir”.
Milli Qəhrəmanın övladı Ağdam şəhidlərinin adının əbədiləşdirilməsini istəyir: “Ağdam azad olunandan sonra ilk işim evlərimizi bərpa etmək olacaq. Rayonumuzda idman zalı açacağam, Ağdamın qəhrəman oğullarını yetişdirəcəyəm. Birinci Qarabağ müharibəsi zamanı şəhərin girəcəyindən çıxacağına kimi bir metrdən bir şəhid vermişik. İndi isə onların ruhu şad olsun deyə orada büstlərini qoymalıyıq. Ağdam qəhrəman, ən çox şəhid verən rayonlarımızdan biridir. Gələcək nəsillərə bu insanların qəhrəmanlığı çatdırılmalıdır”.

Oxunub : 2564
DİGƏR XƏBƏRLƏR
12 Noyabr 2026 16:23
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
11 Noyabr 2026 15:53
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
4 Noyabr 2026 17:16
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
28 Oktyabr 2026 15:48
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
26 Oktyabr 2026 15:18
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
26 Oktyabr 2026 12:18
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
19 Oktyabr 2026 16:24
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
13 Oktyabr 2026 16:48
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
30 Sentyabr 2026 17:09
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
23 Sentyabr 2026 21:55
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
4 Avqust 2026 17:09
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
29 İyul 2026 15:18
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
ŞƏRH YAZ