Ekspert: "Düzgün park etmə olduğu halda nəqliyyatın hərəkətini effektiv təmin etmək mümkündür"

Dünyanın iri şəhərlərində yol hərəkətinin təşkilində əsas problemlərdən biri tıxac məsələsidir. Bakı şəhərində də tez-tez tıxaclara rast gəlinir.
Nəqliyyat üzrə ekspert Azər Allahverənov Avtosfer.az-a verdiyi açıqlamada tıxacı yaradan səbəblər arasında sürücü davranışlarının da mühüm yer tutduğunu bildirib:
“Tıxac, müəyyən bir zaman kəsimində buraxıcılıq qabiliyyəti olan yollarda nəqliyyat vasitələrinin sayının kəskin şəkildə artması zamanı olur. Sürücülərin davranış qaydalarının doğru olmaması, yol mədəniyyətinin aşağı səviyyədə olması, onların yol hərəkəti qaydalarına riayət etməməsi, bu qaydalara etinasız yanaşması yollarda tıxacın yaranmasına səbəb olan hallardandır. Sürücü tıxacda qaldıqda stress keçirir, əsəbi olur və qayda pozuntusuna yol verir, tıxacda qalmamaq üçün əks istiqamətdə olan yola çıxmaq istəyir ki, bunlar da tıxacı daha da dərinləşdirir.
Tıxacı yaradan hallardan biri də dayanma-durma qaydalarının pozulmasıdır. Tıxacla mübarizə aparmaq üçün onu yaradan səbəbləri aradan qaldırmalıyıq. Tıxacı yaradan səbəblər arasında plansız şəhərsalma məsələlərini, harda gəldi çoxmərtəbəli binaların tikintisini, həmin binalara yaxın olan yerlərin sahibkarlar tərəfindən zəbt olunmasını, məhəlləarası yollarda tikinti işlərinin aparılmasını da qeyd etməliyik. Bütün bunlar paklama məsələlərinə mane olur. Eyni zamanda, Bakıda gündən-günə avtomobillərin sayı artır ki, bu da tıxacların yaranma ehtimallarını artırır. Düzgün parketmə olduğu təqdirdə nəqliyyatın hərəkətini effektiv şəkildə təmin etmək mümkündür. Amma bu məsələ kompleks şəkildə həllini tapmalıdır. Digər tərəfdən, ictimai nəqliyyatdan istifadəni geniş şəkildə təşviq etmək lazımdır. Biz düşünürük ki, ictimai nəqliyyatla istədiyimiz ünvana gec çata bilərik, ona görə də avtomobildən istifadə edirik. Odur ki, yollarda ictimai nəqliyatın poitensialını artırmalıyıq. Avtobus xətlərinin sayı artmalı, intervallar azalmalıdır. Hazırda bu istiqamətdə müəyyən işlər görülür. Paytaxtda 2200 avtobus xidmət göstərir və əlavə olaraq 300 avtobusun da xəttlərə buraxılması məsələsi var. Bu, ictimai nəqliyyatın potensialını artıran məsələdir”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












