Elektrikli avtobuslara və taksilərə keçid: İctimai nəqliyyatda qiymətlər bahalaşacaq? - FOTO

Bakıda 100 yeni elektriklə işləyən avtobus istismara veriləcək.
Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Anar Rzayev “Biznes Mühitinin Yaxşılaşdırılması üzrə İqtisadi İslahatlar və Müasir Çağırışlar” konfransında çıxışı zamanı deyib.
"Avtobus parkı yenilənəcək, yeni velosiped yolları salınacaq. Nazirliyə məxsus "Bakı Taksi Xidməti" MMC-yə isə 150 ədəd elektrik mühərrikli taksi alınması nəzərdə tutulur", - deyə o qeyd edib.
Maraqlıdır, bu avtobus və taksilərin fəaliyyətə başlaması qiymət dəyişikliyinə səbəb olacaq?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı "Cebhe.info"-ya bildirib ki, texnologiyaların inkişafı, müxtəlif yeniliklərin tətbiqi Azərbaycana da təsir edir:

"Zamanla biz də bu cür texnika və texnologiyalardan istifadə etməliyik. Müasir texnologiyalar zərərli deyil, sadəcə elektriklə işləyən avtobusların gələcək taleyinin necə olacağı barədə düşünmək lazımdır.
Ümumi olaraq, bu gün üçün bunu müsbət dəyərləndirə bilərik. Ətraf mühitin qorunması üçün bundan mükəmməl variant yoxdur. Çox güman ki, həmin avtobuslar əsasən şəhər mərkəzində istismar ediləcək.
Təbii ki, belə olan halda avtobuslar və taksilər şəhərin mərkəzində ətraf mühitin çirklənməsinin qarşısını alacaq bir vasitəyə çevriləcək. Amma bu avtobus və taksilərin qiyməti çox bahadır. Gələcəkdə onların nə qədər effektiv olacağı araşdırılmalıdır. İstimar müddətləri bitəndən sonra nələr baş verə bilər? Bu haqda düşünməliyik. Bildirim ki, bu gün üçün ən üstün texnologiya bunlardır".
Ekspert qeyd edib ki, dövlət tərəfindən dotasiya olacaq və subsidiya ayrılacaqsa, daşıyıcı şirkətlər qiymət artımına maraq göstərəcək:
"Taksilər üçün eyni fikri deyə bilmirəm, çünki onlar əksər hallarda Çində istehsal olunduğu üçün qiymətləri çox baha olmur, lakin avtobuslar bahadır. Bu avrobusları dövlət özü gətirirsə, bunu qarşılmaq üçün ictimai nəqliyyatdan istifadədə qiymət artımı baş verməyəcək".
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










