Əlin maşından çölə çıxarılmasına görə cərimə tətbiq olunur? - EKSPERT AÇIQLADI

Son günlər geniş müzakirə olunan mövzulardan biri maşından əlini çölə çıxaranların cərimə olunması ilə bağlı yeni qaydanın olmasıdır.
Belə bir qayda varmı? Yaxud belə bir qaydaya ehtiyac var?
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Eldəniz Cəfərov "redaktor.az"a açıqlamasında bildirdi ki, əlin maşından çölə çıxarılmasına görə cərimə nəzərdə tutulmayıb.
"Amma sürücü bilməlidir ki, əlini, qolunu çölə çıxarmaqla o öz sağlamlığına təhlükə yaradır. Yanından keçən avtomobil onun qoluna, əlinə xətər yetirə bilər. Belə bir qaydaya və qadağaya da ehtiyac yoxdur. Sürücü bəzi hallarda manevr edən zaman, dönmə edən zaman, dönmə işıqları ilə yanaşı, əlini çıxararaq da sağa və ya sola, digər yol hərəkəti iştirakçılarına bu haqda bir növ məlumat verə bilir".
Müsahibimiz vurğuladı ki, sükanı buraxaraq avtomobili idarə etməyə görə cərimə mövcuddur:
"Düşünürəm ki, belə də olmalıdır. Çox təəssüf bəzən biz müşahidə edirik ki, istər sıravi vətəndaşlar olsun, istər tanınmış şəxslər olsun avtomobili idarə edərkən selfi çəkirlər, video çəkirlər, əli sükandan götürərək avtomobili idarə edirlər. Bunların hamısı lazımsız hərəkətlərdir və qəzalara gətirib çıxara bilər. Dövlət yol polisinin də tövsiyəsi sırf təhlükəsizliklə bağlıdır və burada əsas məqam ondan ibarətdir ki, əlləri sükandan götürərək avtomobili idarə etməsinlər, avtomobili idarə edərkən sürücü və ya sərnişin qolunu kifayət qədər çox çıxarmasın, digər yol hərəkəti iştirakçılarına da, özünə də risk yaratmasın".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












