Erkən evliliyə görə nəzərdə tutulan cəzalar - Vəkil açıqladı

Hüquq müdafiəçisi Səməd Vəkilov 16 yaşına çatmayan şəxslərin erkən evliliyə cəlb olunması prosesində iştirak edən şəxslər üçün nəzərdə tutulan cəza tədbirlərini açıqlayıb.
Avtosfer.az-ın məlumatına görə, vəkil "Qaynarinfo"ya açıqlamasında bildirib ki, 16 yaşına çatmayan qızın, yaxud da oğlanın erkən evliliyə cəlb olunmasında iştirak edən şəxslər iki ildən dörd ilədək azadlıqdan məhrum edilə bilər:
"Cinayət Məcəlləsinin 176-1. maddəsi - nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə, maddə:176-1.1. nikaha daxil olmağa məcbur etmə hallarında iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə:176-1.2. nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur etmə hallarında üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu Məcəllənin 176-1 və 176-2-ci maddələrində "erkən evlilik” dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşülür.
Maddə: 176-2.- on altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili... On altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsi halları zamanı iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır”.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qızlarını 16 yaşda nişanlayan analarla bağlı qanunvericiliyin sərtləşdirildiyini bildirib. Komitə qeyd edib ki, 16 yaşına çatmayan şəxslərin erkən evliliyini təşkil etmək, bu məqsədlə nişan, toy və dini nikah mərasimləri keçirmək, həmçinin bu sövdələşmələrdə iştirak etmək cinayət və inzibati məsuliyyət yaradır.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












