Ermənistan Zəngəzur dəhlizindən nə qazanacaq? - Diqqət mərkəzində olan görüşün təfərrüatı - VİDEO

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə görüşü, daha sonra təkbətək formatda müzakirələri Cənubi Qafqazda sülhün vasitəçilərsiz daha yaxın olduğunun göstəricisidir.
Avtosfer.az xəbər verir ki, bu, Azərbaycan və Ermənistan dövlət başçılarının, hər iki ölkənin nümayəndə heyətlərinin bir neçə dəfə görüşlərinin konstruktiv davamı olub. Azərbaycan tərəfi sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin beynəlxalq hüquq çərçivəsində aparılmasını təklif edir. Sülh sazişi üzrə danışıqların mətni də demək olar ki, hazırdır.
Belə bir müsbət ab-havada Azərbaycanın Əbu-Dabi görüşünə təşəbbüs göstərməsi və Ermənistanın bu təşəbbüsə cavab verməsi xüsusi əhəmiyyətlidir.
Bu məqamda məsələnin digər tərəfi yada düşür. Sülh danışıqları etimadın möhkəmlənməsinə təkan verir. Üstəlik, Azərbaycan diplomatiyası hüquq və əməkdaşlıq üzərində qurulub. Ermənistanla münasibətləri normallaşdırma strategiyası regionda davamlı əməkdaşlıq mühiti yaradır. Əməkdaşlıq mühitində iqtisadi əlaqələr, şübhəsiz ki, yaranacaq, inkişaf edəcək.
İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, nəticədə, Zəngəzur dəhlizinin işə düşməsi və Orta Dəhliziə inteqrasiya prosesi baş verəcək:
"Bu, regionda iqtisadi əlaqələrin yüksəliş fazasına keçidini təmin edəcək. Eyni zamanda Ermənistan üçün də müsbət nəticələr vəd edir. Çünki indiyədək yürüdülən siyasət nəticəsində bu ölkə mühüm iqtisadi layihələrdən təcrid olunmuşdu. İndi isə fürsət yaranıb ki, Ermənistan da Azərbaycanın təşəbbüskarı olduğu layihələrə qoşulsun".
Siyasi və iqtisadi maraqların uyğunluğu Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasında əməli addımların artıq reallığa çevrilməsi deməkdir. Ona görə də Azərbaycanın son 5 ildə yaratdığı bu reallığı və Əbu-Dabi görüşünü ABŞ, Avropa İttifaqı da alqışlayıb. Həmçinin Azərbaycanın təşəbbüsləri rəsmi İrəvan tərəfindən də dəstəklənib.
Ətraflı Baku TV-nin süjetində:
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












