Əsl kərə yağını belə bilmək olur - Ekspert AÇIQLADI

AQTA tərəfindən "Natural", "Tac", "Selskoe" kimi kərə yağı adı saltında satılan məhsulların tərkibində uyğunsuzluq aşkarlanıb. Belə yağların tərkibi bilinmir, lakin qiymətləri də ucuz deyil. Bu da alıcılarda çaşqınlıq yaradır, insanlar keyfiyyətli məhsul aldığını düşünərək aldadılır.
Kərə yağlarının keyfiyyətini necə yoxlaya bilərik?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "Redaktor.az"a danışan qida eksperti Fərid Səfərov bildirdi ki, belə hallar xoşagəlməz və yolverilməzdir:
"Təəssüf ki, satışda olan bəzi kərə yağlarının tərkibində uyğunsuzluq aşkar edilib. Biz istehlakçılar bu halların qarşısını hansısa bir yolla ala bilmərik, amma yağ alarkən bəzi məqamlara diqqət edərək özümüzü qoruya bilərik. Əsl kərə yağı qaynar suya salınanda bütöv şəkildə əriyirsə onu yeyə bilərsiniz. Kərə yağı otaq temperaturunda bir müddət sonra əriyirsə təəssüf ki, əsl kərə yağı deyil".

Ekspert bildirdi ki, kərə yağını tavaya əlavə etdikdə yüksək temperaturda əriyib köpüklənirsə, bu, əsl kərə yağıdır.
"Aldığınız kərə yağı tavada əriyir və öz rəngindən daha tünd rəng alırsa təəssüf ki, aldığınız kərə yağının tərkibi qatqılarla zəngindir. Təbii təzə süddən alınan süd yağından istehsal olunan əsl kərə yağının qiyməti yüksəkdir. Kərə yağını bıçaqla kəsəndə kiçik parçalara ayrılırsa, bu, əsl kərə yağıdır. Təəssüf ki, indi satışda etiketində düzgün məlumatlar olmayan və qiyməti həddindən artıq baha olan yağlar var, bu halların baş verməsinin səbəbi nəzarətin zəif olmasıdır, hər halda bu cür halların araşdırılıb ortaya çıxarılmasını da müsbət hal kimi qiymətləndirmək olar", - deyə F.Səfərov bildirdi.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










