Ət kəsmək üçün obyekt açanlar sürücüləri təhlükəyə atdı - İcra başçısı xeyir-dua verdi - VİDEO

Ağstafa rayonunun Həsənsu kəndində yol hərəkəti qaydalarının kobud şəkildə pozulduğu fakt qeydə alınıb. Avtosfer.az “32gun.az”a istinadən xəbər verir ki, kənd ərazisindəki yol nişanlarından birinin üzərinə reklam lövhəsi yapışdırılıb. Nəticədə nişanın funksiyası itib və bu da sürücülərin həyatını təhlükəyə atır.
Reklam lövhəsi kənddə yeni fəaliyyətə başlayan “Həsənsu Kəsim məntəqəsi” (heyvan kəsimi) üçün yerləşdirilib.
Araşdırmalarımız zamanı məlum olub ki, sözügedən heyvan kəsimi məntəqəsi bir neçə gün öncə – Qurban bayramı ərəfəsində fəaliyyətə başlayıb. Məntəqənin açılışında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov da iştirak edib. Hətta bu barədə İcra Hakimiyyətinin rəsmi “Facebook” səhifəsində də paylaşım edilib. Bildirilib ki, Seymur Orucov məntəqədəki şəraitlə tanış olub, xidmətlərin səviyyəsinin artırılması ilə bağlı göstərişlər verib. Baytarlıq nəzarəti və sanitar-gigiyenik qaydalara əməl olunması yüksək qiymətləndirilib.
Əldə olunan məlumata görə, kəsim məntəqəsinin sahibi Hüseyn adlı sahibkardır.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












