“Evi sökülən vətəndaşa 80-100 min verilir, amma bazarda qiymət 200 mindir”

“Sabunçu qəsəbəsində 19-cu əsrin sonu, 20-ci əsrin əvvələrində inşa edilmiş 100-lərlə yaşayış binası var. Onların istismar müddəti keçdiyinə görə yaşamaq üçün uyğun şəraitdə deyil”.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsi zamanı bildirib.
Millət vəkilinin sözlərinə görə, Bakıxanov və Sabunçuda təqribən 209 qəzalı bina mövcuddur: “Onlardan yalnız 47 çoxmənzilli bina haqda FHN-in müvafiq aktları əsasında qəzalı vəziyyətdə olduğunu təsdiq edən sənəd tərtib olunub. Digərlərində isə akt tərtib etmək çətinlik yaradır. Çünki buna vəsait olmalı, müraciət olunmalıdır. Bu da bir faktdır ki, icra hakimiyyətlərində belə bir vəsait olmadığına görə bunu gerçəkləşdirmək olmur. Amma bu binaların hamısında Azərbaycan vətəndaşları yaşayır. Sabah hansısa hadisə baş verəndə sonradan peşmanlığını çəkməyək deyə indidən bu problemin həlli istiqamətində ciddi fəaliyyət göstərməliyik. 174 qəzalı vəziyyətdə olan 2 və 3 mərtəbəli binaların sakinləri gözləyirlər ki, hansısa formada bu məsələyə əncam çəkilsin. Sahibkarlar bu məsələyə cəlb olunmalıdır.
Sökülən qəzalı evlərdə belə vətəndaşa 1300 manat vəsait verilir. 3 otaqlı mənzildə yaşayan vətəndaş gedib 3 otaqlı ev ala bilmir. Çünki ona verilən 80-100 mindir, amma bazarda real qiymət 200 mindir. Məcbur olub şəhərətrafı yerlərdə özlərinə qanunsuz tikinti aparıb, yaşayış evləri tikirlər. Bu da icra hakimiyyəti ilə vətəndaş arasında ciddi problemlərin yaranmasına səbəb olur”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










