Eyni sürücünü həm Şimalda, həm Cənubda radara salan yol polisi

Eyni bir sürücünün bir dəfə planetimizin Şimal yarımkürəsində, ikinci dəfə isə Cənub yarımkürəsində eyni bir yol polisi əməkdaşının radarına düşməsi bir qədər inanılmaz görünsə də, belə bir hadisə olub. Avtosfer.az-ın məlumatına görə, Yeni Zelandiya polisinin əməkdaşı Flitton bir nəfər sürücünü sürət rejimini pozduğuna görə saxlayır. Qayda pozuntusu sənədləşdirilərkən sürücü ondan soruşur ki, siz Londonda xidmət etməmisiniz? Flittonun “əvvəllər Londonda xidmət edirdim” cavbından sonra sürücü ona 2 il əvvəl London ətrafında sürət həddini pozduğuna görə cərimə yazdığını xatırladır. Flitton da bu əhvalatı xatırlayır, amma öz vəzifəsini də lazımınca icra edir: onun radarına ikinci dəfə, özü də bu dəfə Cənub yarımkürəsində düşən sürücünü 120 Yeni Zelandiya dolları (təxminən 80 ABŞ dolları) məbləğində cərimələyir.
Nurlan
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı













