“Gəmiyə Kəlbəcər adının verilməsi mühüm hadisədir” – Kəlbəcərli deputat
Yazarlar
7 Avqust 2020 13:44

Xəbər verildiyi kimi Prezident İlham Əliyevin tapşırığına əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa edilən neftdaşıyan tankerə “Kəlbəcər” adı verilib. Bu gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Volqa-Don MAX layihəsi olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 knot sürətlə hərəkət edə biləcək.
Xarici sularda istismarı nəzərdə tutulan, unikal dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik “Kəlbəcər” gəmisi Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş sayca ikinci neftdaşıyan tankerdir. Kəlbəcər rayonundan millət vəkili Aqil Məmmədov yeni inşa edilən gəminin “Kəlbəcər” adlandırılmasının mühüm hadisə olduğunu bildirib.
Onun sözlərinə görə bu hadisə bir neçə cəhətdən rəmzi məna daşıyır: “Birincisi, işğal altında olan Azərbaycan rayonlarından birinin adını beynəlxalq sularda üzən gəmiyə verilməsinin özü bir təbliğat üsuludur. “Kəlbəcər” adı ilə dünya sularına çıxan gəmi özü ilə bu adın yaratdığı mahiyyəti də, sualları da daşıyacaq. Burada həm işğal faktı, həm də Azərbaycan dövlətinin, Azərbaycan xalqının işğal olunmuş rayonların azad edilməsi ilə bağlı hər bir imkandan yararlanmaq iradəsi əks olunur”.
Millət vəkili bildirir ki, bu hadisə kəlbəcərli köçkünlər tərəfindən böyük rəğbət hissi ilə qarşılanıb: “Dövlətimizin, cənab Prezidentin Kəlbəcər rayonuna, Kəlbəcər adına göstərdiyi bu həssaslıq camaatımızda doğma yurda dönmək inamını bir qədər də gücləndirdi. Mən bu inamın yaradıcısı olan Prezident İlham Əliyevə, eyni zamanda gəminin inşasını həyata keçirən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin rəhbəri Rauf Vəliyevə və kollektivinə minnətdarlığımı bildirirəm. “Kəlbəcər” tankerinin heyətinə açıq yol arzu edirəm. Bu ad ölkəmizə xeyirli-uğurlu, Kəlbəcərimizə qovuşmağımıza düşərli olsun.
Oxunub 1632
DİGƏR XƏBƏRLƏR
25 Yanvar 2026 12:38
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
14 Yanvar 2026 16:53
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
8 Yanvar 2026 21:27
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
7 Yanvar 2026 23:06
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
7 Yanvar 2026 12:00
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
30 Dekabr 2025 21:00
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
29 Dekabr 2025 23:06
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
29 Dekabr 2025 21:36
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
27 Dekabr 2025 00:00
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
26 Dekabr 2025 21:00
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
23 Dekabr 2025 19:39
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
20 Dekabr 2025 00:00
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...
ŞƏRH YAZ











