Hansı avtomobil markası daha etibarlıdır? - MÜTƏXƏSSİS DANIŞDI

Məşhur britaniyalı diler və “Wheeler Dealers” proqramının aparıcısı Mayk Brüer öz təcrübəsinə görə ən etibarlı hesab olunan avtomobilləri adlandırıb. Avtosfer.az-ın "Lent.az"a istinadla məlumatına görə, eksklüziv müsahibəsində o bildirib ki, məhz “Kia” ən yaxşı nəticələri göstərir, çünki bu brendin avtomobilləri satıldıqdan sonra demək olar ki, heç vaxt problemlərlə servisə qayıtmır. Brüer izah edib ki, şirkətin populyarlığı və nüfuzunda əsas rolu “Kia Sportage” krossoveri oynayıb, hansı ki, bir çox ölkələrdə bestsellerə çevrilib. Bundan əlavə, istehsalçı “Niro” və “EV6” modelləri ilə elektromobil bazarına fəal şəkildə daxil olaraq, müasir seqmentdə mövcudluğunu genişləndirir. Ekspertin fikrincə, təkcə “Kia” deyil, həm də digər koreya, yapon və çin markaları, xüsusilə “Hyundai” və BYD, etibarlılıq, eləcə də yığım keyfiyyəti üzrə daima yüksək qiymətlər qazanır. O vurğulayıb ki, Asiya istehsalçıları artıq çoxdan etibarlı imic qazanıblar, lakin alman markaları da bazarda güclü oyunçu olaraq qalırlar. “Əgər biz ay ərzində otuz “Ford Transit” satırıqsa, onların birini mühərrik xəbərdarlıq lampası və ya hər hansı kiçik nasazlıq səbəbilə geri qayıtdığını görə bilərik. Amma əgər biz “Kia” satırıqsa, onlara əl yelləyib vida edirik və bir daha onları görmürük”, — deyə Brüer qeyd edib. O həmçinin istifadə olunmuş avtomobil alanlara mütləq şəkildə nəqliyyat vasitəsinin tarixçəsini onlayn alətlər vasitəsilə yoxlamağı məsləhət görüb: texniki baxış və yürüş məlumatlarından tutmuş modellərin geri çağırılması barədə informasiyaya qədər. Bununla yanaşı, o vurğulayıb ki, bu gün ümumiyyətlə pis avtomobil azdır, çünki müasir modellərin əksəriyyəti yüksək keyfiyyət standartlarına cavab verir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












