Həyatını təhlükəyə atan piyadalar - Onlar niyə keçiddən istifadə etmirlər? - VİDEO

Bakıda yerüstü piyada keçidindən istifadə etməyən qadını avtomobil vuraraq öldürüb. Hadisə Xətai rayonu, Nobel prospektində baş verib. Əraziyə təcili tibbi yardım briqadası gəlsə də, paytaxt sakini Rübabə Bağırovanın həyatını xilas etmək mümkün olmayıb.
Bu hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Ərazidə çəkiliş apardığımız zaman məlum oldu ki, piyadaların əskəriyyəti yerüstü keçiddən yox, həyatlarını təhlükəyə ataraq yolun hərəkət hissəsindən keçirlər. Odur ki, bu yolda hər an piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi təkrarlana bilər.
Bəs bu cür hallarda qəza baş verdiyi zaman sürücü məsuliyyətə cəlb olunmalıdırmı?
Sualı cavablandıran yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib ki, onlar üçün ayrılan yerlərdən keçməyən piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verərsə, bu zaman sürücünün günahının olub-olmaması ciddi araşdırılmalıdır.
Avtosfer.az-ın məlumatına görə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə ''Xəzər Xəbər''ə şifahi olaraq bildirib ki, 24 min 658 şəxs piyada keçidindən istifadə etmədiyinə görə cərimə edilib.
Gültən Qədirli
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












