Həyatının 50 ilini sükan arxasında keçirən adı kimi böyük xanım - VİDEO

74 yaşı var, 50 ildir sükan arxasındadır.
Avtosfer.az-ın xəbərinə görə, Böyükxanım Cabbarova deyir ki, halal çörəyini maşınla qazanır, işindən zövq alır. İxtisasca jurnalist olan və Binə qəsəbəsində yaşayan Böyükxanım Cabbarova qonşuluğundakı uşaqları məktəbə aparıb-gətirir. Günün 7-8 saatını sükan arxasında olan xanım ev işlərini də özü görür.
4 kitab müəllifi olduğunu deyən Böyükxanım nənə şeir də yazır. O deyir ki, jurnalist peşəsindən ayrılsa da, qələmi ilə hələ də sağollaşmayıb. Ona görə həmyaşıdları arasında onu jurnalist kimi də tanıyan var, şairə kimi də, sürücü kimi də...
O, deyir ki, avtomobilə hələ gənc yaşlarından marağı olub. İlk maşını vaz 2103 olub, indi vaz 2106 sürür. Bundan başqa o, ikinci əl avtomobil sürməyib. Hazırda qarajında xarici marka avtomobil olsa da, yenə köhnə maşın idarə edir.
17 yaşında ailə qurub. Övladı 4 aylıq olanda həyət yoldaşını itirib. Ali təhsil aldığı üçün isə qaynanasına borclu olduğunu deyir. Müxtəlif dərgilərdə çalışıb və bir müddət sonra jurnalistikadan ayrılıb. Yeganə övladını ağır xəstəlik səbəbindən itirən Böyükxanım Cabbarova övladının qoxusunu iki nəvəsindən aldığını deyir.
Müsahibimiz bildirir ki, gördüyü işdən mənəvi zövq alır. İnsanlara faydalı olmaq Böyük xanım Cabbarovanın ən böyük amalıdır. Yaşadığı acılara baxmayaraq nikbindir, həyəatsevərdir. Deyir ki, ən böyük arzum işdən yorğun gələndə evimin pəncərəsində işıq, nəvələrimi gülərüz görməkdir.
Daha ətraflı videomaterialda.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











