İctimai nəqliyyat gecələr niyə işləmir? - Gələn ildən 12-dən sonra da...

İctimai nəqliyyatın fəaliyyətinin gecə saat 23:00-24:00-da dayandırılması səhər sakinlərində narazılıq yaradır. Gecə saatlarında evinə dönmək istəyən sakinlər çətin vəziyyətdə qalır.
Bəs nəyə görə Azərbaycanda gecə ictimai nəqliyyat fəaliyyət göstərmir?
Avtosfer.az-ın məlumatına görə, nəqliyyat eksperti Elməddin Muradlı "Qaynarinfo"ya açıqlamasında bildirib ki, şəhərdə gecə növbəsində müntəzəm sərnişindaşıma xidmətinin olmasının tərafdarıdır:
"Mən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvi kimi keçirilən görüşlərdə bu məsələni qaldırmışam. Həm AYNA, həm də nazirliyin məsələyə münasibəti müsbətdir. Sadəcə, bunların tənzimlənməsi üçün müəyyən mexanizmlərə ehtiyac var".

Elməddin Muradlı gələn ildən ictimai nəqliyyatda gecə növbəsinin bəzi istiqamətlər üzrə reallaşaçağına inanır:
"Artıq dövr dəyişib, insanlar saat 03:00-a kimi şəhərdə olurlar. Ən azından müəyyən xidmət sahələrində işləyən insanlar var ki, axşam 24:00-dan sonra qazandığı 5-10 manatı taksiyə verməyə məcbur olurlar. Bu baxımdan düşünürəm ki, həm metro, həm avtobusların intervalı saat 24:00-dan sonra müəyyən aralıqda davam edə bilər. Məsələn, metro qatarı adi günlərdə 3 dəqiqədən bir gəlirsə, gecə növbəsində yarım saatdan bir hərəkət etsin. Avtobusların özü də yarım satdan bir hərəkət etsə, ona da vətəndaşlar sevinər və razı qalar. Biri var evinə 60 qəpik verib getsin, biri də 10 manat. Ümid edirəm ki, yanvardan sonra bu problem həllini tapar".
Elməddin Muradlı gecə nəqliyyatına təlabatın böyük olduğunu bildirib:
"Mən bunun şahidi olmuşam, axşamlar Kukla Teatrının qarşısından keçəndə adam utanır, yol boyu insanlar düzülüb. İnsanlar gələn maşınlara əl edir, evinə gedə bilməsi üçün ona-buna yalvarır. Adamlar mənzil başına gedə bilmirlər. Bu problem aradan qaldırılmalıdır".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












