İctimai nəqliyyatda bank kartları ilə ödəniş reallığa çevrilir – RƏSMİ AÇIQLAMA

Xəbər verildiyi kimi mütəmadi olaraq Bakı şəhərində ictimai nəqliyyatda onlayn ödəniş sistemi olan “BakıKart”da ciddi problem yaranır. Bu da sənişinlərin narahatlığına səbəb olub. Nəzərə alaq ki, Bakının avtonəqliyyat sistemində və metroda yalnız “BakıKart”la ödəniş etmək mümkündür. Ödəniş sistemində alternativlərin olmaması sərnişinlərin haqlı narazılığına səbəb olur.
Üstəlik, “BakıKart” sistemində mütəmadi problemlər yaranır. Balans artırma aparatlarının azlığı isə başqa bir problemdir. Bəzi aparatlar kağız pulu, bəziləri isə qəpikləri qəbul etmir. Bu da əlavə vaxt itkisinə və digər problemlərə səbəb olur.
Çözüm nədir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı “Bizim.Media”ya danışan REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, əksər ölkələrdə ictimai nəqliyyatda alternativ ödəniş sistemləri tətbiq edilir:
“İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə bu sistemə çoxdan keçilib. Hətta qonşu dövlətlərin çoxunda bi sistem çoxdan mövcuddur. Məsələn, Gürcüstanda bank kartı vasitəsi ilə ictimai nəqliyyatın bütün növlərində ödəniş etmək olur. Əlavə hansısa kartın alınmasına ehtiyac qalmır. Avropada isə çoxdan bu sistemlə işləyirlər. Texniki cəhətdən bu sistemin tətbiqi o qədər də çətin deyil. Sadəcə buna təşəbbüs lazımdır. Nəzərə alaq ki, dəmir yolunda istənilən bank kartı ilə ödəniş etmək olur. Bu da insanları əlavə xərcdən və vaxt itkisindən azad edir. Ona görə də müvafiq qurumlar bu məsələni gündəmə gətirsələr, yaxşı olar. Bu bir növ müştəri məmnunluğu da yaradar”.
İctimai nəqliyyatda bank kartları ilə ödəniş mümkün olacaq?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, hazırda AYNA tərəfindən paytaxtda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir:
“Həmçinin ölkənin digər şəhər və rayonlarında da ictimai nəqliyyatda nağdsız ödənişin tətbiqi nəzərdə tutulub. Ümumilikdə ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi və nağdsız ödəniş alətlərindən istifadə üçün beynəlxalq təcrübə nəzərə alınıb. Nəqliyyat xidmətləri istehlakçıları tərəfindən bütün ödəniş vasitələrindən istifadə etməklə nağdsız ödənişlərin həyata keçirilməsi imkanının yaradılması nəzərdə tutulur”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










