İctimai nəqliyyatda gediş haqqı dəyişəcək? - AÇIQLAMA

“Təkcə metro deyil, ictimai nəqliyyatın digər seqmentlərində də qiymətlərin diferensiallaşdırılması ilə bağlı müzakirələr artıq bir müddətdir ki, davam edir”. Avtosfer.az xəbər verir ki, bunu “Ajans.az”a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.
O bildirib ki, bu mövzu ilə bağlı çoxlu təkliflər var:
“Təkliflər çoxdur. Sadəcə burada ən uyğun modeli müəyyənləşdirmək lazımdır. Necə ola bilər? Məsafəyə görə, günə görə, yoxsa sutkaya və ya saata görə mi? Həmçinin, burada daşıyıcıların da potensialı hansı səviyyədə olacaq? Dövlət subsidiyaları necə həyata keçiriləcək? Bunlar həyata keçiriləcəksə, ictimai nəqliyyatda müəyyən kateqoriyalı insanlara güzəştlər tətbiq ediləcəkmi?”
Ekspert əlavə edib ki, təkliflərin hər biri nəzərdən keçirilərkən müştəri məmnuniyyəti, onların razılığı, narazılığı və digər məsələlər diqqətə alınır:
“Həmçinin, burada müştəri məmnuniyyəti məsələsi də var. Sərnişinlər, ictimai nəqliyyatdan istifadə edən hər kəs bir müştəri sayılır. Onların razılığı və narazılığı hansı səviyyədə olacaq? Ümumilikdə, şəhərin tempinə necə təsir göstərə bilər? Şəhərin iqtisadiyyatına necə təsir edə bilər? Bunlar hamısı düşünülür. Müzakirələr aparılır. Biz özümüz də bu müzakirələrdə iştirak edirik. Bakı Metropoliteninin stansiyaları arasında məsafələr o qədər də uzaq deyil əslində. Qiymət dəyişikliyi olsa belə, məsafəyə görə kəskin dəyişiklik olacağını düşünmürəm”.
Sonda o, əlavə edib ki, hələlik belə bir qərar yoxdur:
“Amma hazırda belə bir qərar yoxdur. Bunlar sadəcə müzakirələrdir. Müxtəlif platformalarda müzakirələr aparılır. Əgər biz metronu daha təhlükəsiz və keyfiyyətli etmək istəyiriksə, bu zaman dövlət tərəfindən ayrılan subsidiyaların həcmi də artırılmalıdır”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










