İctimai nəqliyyatda hansı dəyişikliklər olacaq?

İctimai nəqliyyatda qiymətlər Tarif Şurası tərəfindən tənzimlənib. Belə ki, artıq metro və avtobuslarda gedişhaqqı 50 qəpik təşkil edir. Rəqmi qurumların məlumatına görə, əvvəlki tariflər xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi və nəqliyyat vasitələrinin daim saz vəziyyətdə saxlanmasına imkan vermirdi.
Bildirlib ki, tariflərin yenilənməsi zamanı dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal tarif dəyişikliyi edilib.
Bəs qiymətlərin tənzimlənməsini nə zəruri edib və bundan sonra hansı keyfiyyət dəyişiklikləri olacaq?
Avtosfer.az-ın məlumatına görə, VI çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, nəqliyyat qiymətlərindəki tənzimləmə ekologiya baxımından əhəmiyyətli və düzgün addımdır:
“Ekoloji problemlərlə bağlı A-92 markalı benzin və dizel yanacağı ilə işləyən mühərriklər havaya daha çox zərərli qazlar atır. Bunların təsirlərinin azaldılması üçün digər, yəni “Avro 5” standartına uyğun A-95 yanacaq növündən istifadə olunması, eyni zamanda yavaş-yavaş hibrid və elektriklə işləyən mühərriklərə keçilməsi kimi perspektivlər mümkündür. Buna görə də atılan addımlar düzgün qiymətləndirirİəm”.

A.Hüseynov vurğulayıb ki, eyni zamanda xidmətlərin keyfiyyətinin artmasına şahidlik edəcəyik:
“2035-ci ilə qədər Avropa İttifaqı dizel və A-92 ilə işləyən mühərriklərin qeydiyyatna və istehsalına son qoyacaq. Bu kimi çağırışlara biz indidən hazır olmalıyıq. Bu, həm ekoloji problemlərin azalmasına töhfə göstərəcək, həm də sərnişin və yükdaşımaların, eləcə də metronun özündə xidmətin keyfiyyətini artıracaq. Hər birimiz öz rahatlığımızın təmin olunması üçün cüzi miqdarda xərc ödəməklə bu sahəyə böyük töhfə vermiş oluruq”.

Hüquqşünas Ərşad Hüseynov söyləyib ki, ictimai nəqliyyat sektorunda keyfiyyətin artırılması vacib şərtdir:
“Söhbət ictimai nəqliyyatdan gedirsə, keyfiyyət dəyişikliyi görməliyik”.
Ekspert ümid etdiyini bildirib ki, son addımdan sonra ictimai nəqliyyat sektorunda ciddi dəyişiklik olacaq.

"Avtosfer.az" saytının rəhbəri Elməddin Muradlı hesab edir ki, yeni tariflər ictimai nəqliyyat sektorunda bir sıra imkanlar yaradacaq.
Bura xidmət keyfiyyəti və müştəri məmnuniyyətinin artırılması, istehlakçı ilə xidmət göstərən tərəflərin maraqlarının uzlaşdırılması, xidmətin dayanıqlılığının və iqtisadi əlverişliliyin təmin olunması, ölkədaxili sərnişindaşıma xidmətləri üzrə davamlılığın təmin edilməsi, avtobus parklarının yenilənməsi, metro infrastrukturunun genişləndirilməsi, vətəndaşların ictimai nəqliyyatdan daha rahat istifadəsinə səbəb olan yeni sərmayələrin cəlbi və s. daxildir.
(modern.az)
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












