İşıq və qaz qiymətlərində necə dəyişiklik olacaq?

Sabit tarifə aid xərclər aktiv istifadəçilər tərəfindən artıq mövcud istehlak tarifləri daxilində ödənilir və bu yanaşma əsas əhali istehlakçıları arasında əlavə maliyyə yükü yaratmayacaq.
Avtosfer.az "Müsavat.com"a istinadla xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov deyib.
Belə olan halda sabit xərclərin mövcud tariflərdən ayrı tətbiqi məntiqlə elektrik və təbii qaz qiymətlərinin aşağı salınmasına gətirib çıxarmalıdır.
Həmçinin sabit tarifə aid xərclərin gələcəkdə istehlak edib-etməməsindən asılı olmayaraq bütün abonentlər arasında bölünməsi aktiv istifadəçilərin bu istiqamətdə məsrəflərinin azalması deməkdir.
İiqtisadçı Xalid Kərimli isə Baku TV-yə açıqlamasında bu fikirlə razılaşmadığını bildirib. O hesab edir ki, sabit tarifin tətbiqi qiymətlərin daha aşağı templə artmasına imkan verə bilər:
"Sabiq tarifin tətbiqi gələcəkdə qiymətlərin dəyişmə sürətini azaldacaq. Çünki xərclərinin bir hissəsini sabiq tarif vasitəsilə abonentlərdən əldə edən qurumlar ziyanlarının bir qismini kompensasiya etdiklərinə görə qiymət artımı sürətlə baş verməyəcək. Bu, enerjidən az istifadə edənlər üçün müsbət şərait yaradacaq".
Məsələyə Energetika Nazirliyindən aydınlıq gətirilib. Qurumdan bildirilib ki, sabit tarifin tətbiqi üçün Tarif Şurasının qərarı olmalıdır. Hazırda bununla bağlı hər hansı müzakirə aparılmır. Bununla belə, sabit tarifin gələcəkdə tətbiqinə müəyyən xərclərin elektrik enerjisi və təbii qaz tariflərindən ayrılması kimi yox, mövcud tarifin tərkibində strukturlaşdırılma kimi baxılması daha doğrudur. Sabit tarifin gələcəkdə tətbiq olunması ilə istehlakçılar üçün mövcud tarif yükünün çox cüzi də olsa azalmasına iqtisadi zəmin yaranması ehtimalı var.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












