Banner

Jurnalist nazirdən kömək istəyir

Yazarlar 22 İyul 2024 17:18 Oxunub 772
Jurnalist nazirdən kömək istəyir
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Cənab nazir, bu məktubu Sizə həmişə çox həssas yanaşdığınız, daim bütün məsələlərdə yanında olduğunuz jurnalistlərdən biri yazır. Məktubu açıq yazmaqda məqsədim bir dələduzun bütün əməllərini həm ifşa etmək, həm də başqa insanları da onun "qurbanına" çevrilməsinin qarşısını almaqdır. Hörmətli Vilayət müəllim hamıya məlumdur ki, Siz Daxili İşlər Naziri postuna gələndən sonra ölkədə ictimai asayiş hər ötən gün daha da bərqərar olur, insanlar bütün çətinliklərdə polisə güvənir, problemlərinin həll edilməsində hüquq-mühafizə orqanlarına sığınır. Cənab nazir, yenə də sizin və hüquq-mühafizə orqanlarının operativliyinə və dəqiqliyinə güvənir və bu məsələdə Sizdən kömək gözləyirəm. Bir neçə gün əvvəl, daha dəqiq desəm, iyulun 18-də əvvəllər birlikdə işlədiyim Həsənov Mətin Canbulat oğlu birlikdə iş görmək adı ilə məndən 2000 manat, eyni gündə yenə 600 manat pul alaraq, bu ayın 20-də qaytaracağını bildirmiş, etibarımdan sui-istifadə edərək pullarımı mənimsəmişdir. İyulun 20-də pullarımı almaq üçün dəfələrlə adıçəkilən şəxsə zəng etsəm də indiyədək qarşı tərəfin nömrələrinə zəng çatmır. Maraqlananda isə adıçəkilən şəxsin aylardır eyni ssenari ilə bir çox insandan külli-miqdarda pul alıb, mənimsədiyini və qaytarmadığını öyrənmiş oldum. Bu məlumatı öyrəndikdən sonra həmin şəxsin AMAY Ticarət Mərkəzinin parkovka hissəsində fəaliyyət göstərən "Carpolish Baku" adlı avtomobil təmizləmə mərkəzinə yollandım. Təbii ki, Mətini burda da tapmaq mümkün olmadı. Burada da onun barəsində heç də xoş olmayan məlumatlar verildi, başqa-başqa adamlardan külli-miqdarda pul aldığı və mənimsədiyini öyrəndim. Artıq tam əmin oldum ki, aldadılmışam. Cənab nazir, Milli Mətbuatın 149 illiyində Sizdən ən böyük hədiyyə bu dələdəzun tapılması, etibarımdan sui-istifadə edərək məndən aldığı pulu qaytarmasını təminn etməklə bağlı tapşırığınız olardı. Hörmətli Vilayət müəllim, bütün varlığımla Sizin tapşırığınızla pulumun bu şəxsdən alınıb, mənə qaytarılacağı və problemin aradan qaldırılacağına kömək edəcəyinizə əminəm, əvvəlcədən təşəkkür edirəm. Hörmətlə, Asayis.Az portalının redaktoru Elmir Muradov. Əlaqə üçün şəxsi telefon nömrəm (070) 816 42 02. Həmçinin, pullarımı mənimsəmiş Mətnin də əlaqə nömrəsini qeyd edirəm. +994513046867

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh