Kanalizasiyaya düşərək ölən gəncin ailəsi təzminat ala bilərmi? - Vəkil izah edir

İyunun 26-da Bakının Nəriman Nərimanov rayonu, "Baksol yolu" adlanan ərazisində baş verən faciə şəhər infrastrukturunun təhlükəsizliyinə dair sualları yenidən gündəmə gətirib. 28 yaşlı Cümşüd Cümşüdlü yer səthinin çökməsi nəticəsində kanalizasiya kollektoruna düşərək həyatını itirib. İki günlük axtarışdan sonra onun meyiti iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən təmizləmə anbarında tapılıb.

Hadisə ilə bağlı aparılan ilkin istintaq nəticəsində məlum olub ki, gəncin düşdüyü kanalizasiya xətti Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi - ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq üzrə cinayət işi başlanıb.
Bəs belə hallarda vəfat edən şəxsin ailəsi təzminat ala bilərmi?
Avtosfer.az-ın məlumatına görə, bu sualla bağlı Oxu.az-a açıqlama verən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Araz Məmmədov bildirib ki, hadisənin təhlükəsizlik tədbirlərinin yetərincə görülməməsi səbəbi ilə baş verdiyi hallarda, aidiyyəti qurum səhlənkarlığına görə məsuliyyət daşıyır və hüquqi müstəvidə bu məsuliyyət təzminat öhdəliyini yaradır:
"Belə hallarda şəxsin ailəsi - onun valideynləri və ya evlidirsə, həyat yoldaşı müvafiq dövlət orqanlarına müraciət edərək təzminat tələb edə bilərlər. Burada məsul qurumun səhlənkarlığı sübuta yetirilərsə, mülki təzminat iddiası qaldırmaq mümkündür. Təzminat mərhumun gələcək qazanc potensialına uyğun maddi təzminat, dəfn və məzar xərcləri, yaxınlarının yaşadığı psixoloji sarsıntıya görə mənəvi təzminat formasında ola bilər".

Vəkilin sözlərinə görə, zərərçəkmişin hüquqi varisi qismində nümayəndə təyin edilərsə, o da bu prosesi hüquqi yolla davam etdirə bilər.
"Təzminat tələbi ilkin olaraq prokurorluğa və polis orqanlarına müraciətlə başlasa da, əgər bu məsələ cinayət icraatında nəzərə alınmazsa, ailə müstəqil şəkildə məhkəməyə müraciət edərək təzminatı məsul dövlət qurumundan tələb edə bilər", - deyə vəkil qeyd edib.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












