Karantinə rəğmən, yollarda maşınların sayı azalmır - Ekspertdən çıxış yolu

Koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən ölkədə xüsusi karantin rejimi elan edilsə də, küçələrdə nəqliyyat vasitələri gözlənilən qədər az deyil.
Avtosfer.az xəbər verir ki, bununla bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı Oxu.Az-a açıqlamasında bildirib ki, karantin rejimindən sonra hələ də küçələrdə nəqliyyatın sıxlığı mövcuddur:
“Bəzi məhdud məsuliyyətli cəmiyyətlər, müəssisələr var ki, il ərzində normal fəaliyyətləri olmayıb və vergi ödəməyiblər. Amma bu gün icaze.e-gov.az portalı vasitəsilə buraxılış icazələri alırlar.
Həmin sənədlər əsasında küçələrdə nəqliyyat vasitələrinin sayı artır. Bu baxımdan, düşünürəm ki, məsələyə daha ciddi yanaşmaq lazımdır. Burada müəyyən boşluqlar var ki, öz həllini tapmalıdır. Vətəndaşların həmin boşluqlardan istifadə etmək imkanları məhdudlaşdırılmalıdır”.
“Şəhərin bəzi küçələrində, əvvəlki kimi, sıxlığın mövcudluğu həmin ərazidə postların qurulması və ora yaxınlaşan avtomobillərin sayının çox olması ilə əlaqədardır. Həmin nəqliyyat vasitələrinin sahiblərinə nəzər yetirsək, lüzumsuz olaraq yola çıxdıqlarının şahidi olarıq.
İndiyə kimi normal fəaliyyət göstərməyən, vergi hesabatlılığı olmayan belə qurumların verdiyi icazə arayışları, kağızları ləğv edilməlidir. Onlara qarşı sərt tədbirlər görülməlidir ki, verdikləri arayışlar qüvvədən düşsün. Belə olarsa, şəhərdə nəqliyyat vasitələrinin sayı azalacaq”, - deyə ekspert bildirib.
E.Muradlı əlavə edib ki, sözügedən məsələdə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) görə biləcəyi hər hansı bir iş yoxdur:
“Onlar icraedici orqandır və qəbul olunmuş qərarları həyata keçirir. Burada əsas iş Nazirlər Kabineti yanında operativ qərargahın üzərinə düşür. Nəzarət mexanizmi gücləndirilərsə, belə halların qarşısını almaq mümkün ola bilər”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov xüsusi karantin rejiminin müddətinin artırılmasının vəziyyətdən asılı olduğunu bildirmişdi:
“Yoluxmanın dinamikası və qayda pozuntusu halları bugünkü kimi qalarsa, xüsusi karantin rejimi aprelin 20-dən sonra da artırıla bilər. Vətəndaşlar arasında qaydaları pozanlar çoxdur. Külli miqdarda saxta jurnalist vəsiqələri və icazələrlə dolaşırlar”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı










