Kartdan karta ödəniş dayandırılır - Artıq qərar qüvvədədir

"Vergi və istehlakçı hüquqlarının qorunması baxımından post-terminal cihazlarının fəaliyyət göstərməsi mühüm əhəmiyyət daşıyır".
Avtosfer.az xəbər verir ki, bunu “News24.az”a açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova deyib.
O qeyd edib ki, cihazlarda nasazlığın baş verməsi və ya sahibkarın bilərəkdən istehlakçını aldatması, eləcə də ödənişi yalnız nağd şəkildə tələb etməsi qanunvericiliyin müddəalarına ziddir:
" Alqı-satqı əməliyyatları zamanı istehlakçı nəğd vəsaitin olmadığını bildirdikdə, bəzi hallarda ondan ödənişi birbaşa kart hesabına göndərməsi tələb olunur ki, bu da qanunvericiliyə uyğun olmayan bir praktika hesab olunur. Əgər istehlakçı ödənişi kart hesabına həyata keçirirsə, ona mütləq şəkildə kassa çeki və ya faktura təqdim edilməlidir. Həmin vəsait birbaşa satıcının və ya işçinin şəxsi hesabına deyil, rəsmi olaraq müəssisənin bank hesabına yönəldilməlidir".
Ekspert qanunvericiliyin tələblərinə əsasən, post-terminal və ya kassa aparatının olmaması, habelə vergi uçotunda olan şəxsin gəliri şəxsi kart hesabına köçürməsi nəzarətsiz ticarət fəaliyyəti kimi qiymətləndirildiyini və bu cür hallarda həm fiziki, həm də hüquqi şəxslər qanunvericilik qarşısında məsuliyyət daşıdığını bildirib.
Onun sözlərinə görə, kartdan-karta ödəniş və post-terminal vasitəsilə aparılan ödənişlər bəzən sahibkarlar üçün əlavə inzibati və maliyyə yükü yaradır:
"Qanunvericilikdə istənilən ticari fəaliyyətin vergi yükünə cəlb olunması nəzərdə tutulsa da, bu mexanizmin dövriyyə əsasında diferensiallaşdırılması daha məqsədəuyğun hesab oluna bilər. Post-terminal cihazlarının quraşdırılması qanunvericiliklə tələb olunsa da, kiçik sahibkarlar üçün bu xərclər tez-tez mənfəəti aşır və iqtisadi səmərəsizlik yaradır. Məsələn, istehlakçı 1 manat dəyərində məhsul alarkən ödənişi post-terminal vasitəsilə həyata keçirmək istədikdə, əldə edilən mənfəətin əhəmiyyətli hissəsi komissiya və vergi xərclərinə yönəlir və nəticədə sahibkara xalis gəlir qalmır".
İqtisadçı vurğulayıb ki, bu baxımdan, qanunvericiliyə dəyişiklik edilməklə 5 manat və daha aşağı dəyərdə olan məhsulların satışının vergiyə cəlb edilməməsi, bu tip ödənişlərin nağd şəkildə həyata keçirilməsinə icazə verilməsi, yaxud kiçik sahibkarlar üçün post-terminal cihazlarının daha əlverişli şərtlərlə təqdim olunması zəruri görünür:
"Mövcud iqtisadi durğunluq, alıcılıq qabiliyyətinin aşağı düşməsi, pul kütləsinin dövriyyə sürətinin azalması, geosiyasi risklər və likvidlik çatışmazlığı fonunda kiçik sahibkarların fəaliyyət imkanları ciddi şəkildə məhdudlaşıb. Nəticədə bir çox kiçik sahibkar fəaliyyətini dayandıraraq ölkəni tərk etmiş və xarici əmək bazarında potensial işçi qüvvəsinə çevrilmişdir. Bu reallıqlar fonunda mövcud tənzimləyici mexanizmlərin ya ləğv edilməsi, ya da onlara güzəştlərin tətbiqi aktuallıq kəsb edir"- deyə o əlavə edib.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











