Banner

Kasıblar üçün taksi erası bitdi: “Bu qiymət...”

Yazarlar 12 Aprel 2024 16:40 Oxunub 522
Kasıblar üçün taksi erası bitdi: “Bu qiymət...”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda “karşerinq” (“carsharing”) xidmətinin fəaliyyətə başlaması ilə bağlı məlumatlar yayılıb.

Bildirilib ki, artıq “City car” tərəfindən Bakıya icarəyə verilməsi üçün onlarla yeni avtomobil gətirilib.

Avtomobillərin icarəsinin bir dəqiqəsi 60 qəpik olacaq.

İcarəyə verilən avtomobilləri xüsusi qeyd olunan ərazilərdə (dayanacaqlarda) saxlamadıqda isə icarəyə götürən şəxsin 50 manat məbləğində cərimə olacağı da qeyd edilib.

Bu maşınların istifadəsi və xidməti barədə nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bu məsələ hüquqi tərəfdən dəqiqləşdirmə tələb edir:

"Çünki maşını harada saxlamağa görə 50 manat cərimə qanunsuzdur. Hər hansı şirkət özbaşına cərimə yaza bilməz. Hüquq mexanizm olmalıdır, vətəndaşla rəsmi qaydada müqavilə bağlanılmalıdır. Cəriməni yalnız dövlət edə bilər, hər hansı şirkət dövlətin funksiyasını yerinə yetirə bilməz. Bununla bağlı sadəcə əlavə ödəniş tələb oluna bilər".

O qeyd edib ki, bu maşınların bir dəqiqəlik istifadəsi üçün 60 qəpik elə də baha deyil:

"Amma nəzərə almaq lazımdır ki, Bakı tıxaclar şəhərdir, A nöqtəsindən B nöqtəsinə 1 saata gedib çıxa bilmirik. Ona görə də vətəndaşlar da bunu nəzərə alsın ki, bu uzunmüddətli, yoxsa qısamüddətli səfər üçün sərfəlidir. Əslində, qiymətləri standart 60 qəpik qoymaq da düzgün yanaşma deyil. Təcrübədə belə yanaşmalar var ki, zaman artıqca qiymət ona görə hesablanmalı, aşağı düşməlidir.

Bu taksidən sərfəli variant deyil, ola da bilməz. Belə ki, siz taksini ünvana çağıra bilirsiniz, amma bu maşını təyin olunan yerdən götürmək lazımdır. Bizim vətəndaşlar elə başa düşməsinlər ki, bu maşınlar taksi və yaxud skuter əvəzi gəzmək üçündür. Bu taksilər adətən hava limanlarının, dəmiryol vağzallarının, avtovağzalların ərazisində saxlanılır.

Həmin ərazilərdəki insanları da əvvəldən razılaşdıqları avtomobil gözləyir, artıq hüquqi mexanizmlər öz həllini tapmış olur. Bu qiymət bu cür xidmət baxımından istifadə olunduqda, sərfəlidir."

Ekspertin sözlərinə görə, vətəndaşlar həm də belə xidmətlərə öyrəşməyib:

"Bizim ətəndaşlar bahalı maşınlar axtarırlar ki, kirayə götürsünlər, toya gedəndə desinlər ki, filankəsin oğlu toya bahalı maşınla gəlmişdi. Bu maşınların üzərində elan olur.

Digər tərəfdən vətəndaşlar taksi ilə getməyə üstünlük verirlər. İçkili insan taksi ilə evinə qayıda bilir, lakin bu tip maşınlardan istifadəsi uyğun deyil. Burada çox həssas məsələlər var ki, öz həllini tapmalıdır".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh