Kimlərə sürücülük vəsiqəsi verilə bilməz? - AÇIQLAMA

Bakıda 5 nəfər ailə üzvünün qətlində şübhəli bilinən Əhməd Əhmədovun psixi problemləri olduğu halda sürücülük vəsiqəsi əldə edib, taksi fəaliyyəti ilə məşğul olması ictimaiyyət arasında narahatlığa səbəb olub. Artıq ən çox maraqlandıran məqamlardan biri də sürücülük vəsiqəsini kimlər ala bilərdir. Bu sualın cavabı yalnız yol hərəkəti qaydalarını bilmək və ya kifayət qədər sürücülük vərdişlərinə malik olmaqdan ibarət deyil. Yol hərəkəti təhlükəsizliyinin əsası sayılan sürücülük vəsiqəsi müəyyən meyarlara cavab verən şəxslərə verilir.
Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sonxeber.az-a bildirib ki, şəxslərə sürücülük vəsiqəsinin verilməsi onun sağlamlığından olan məsələdir:
"18 yaşı tamam olduqdan sonra şəxslər sürücülük vəsiqəsi əldə edə bilər. 18 yaşa qədər istisna hallarda, hərbi məqsədlə sürücülük vəsiqəsi əldə edə bilər. Şəxs hərbi xidmətdə olduğu dövrdə həmin vəsiqədən istifadə edə bilər. Əsas burada vacib məsələ sağlamlıqla bağlıdır. Səhiyyə Nazirliyinin müəyyən etdiyi xəstəliklər var. Bu xəstəliklər aşkar olunduğu halda sürücülük vəsiqəsi əldə edə bilməz. Görmə qabiliyyəti, narkoloji dispanser məsələsi, əsəb və psixoloji problemləri, əlilliyi olan şəxslərə verilmir. Səhiyyə Nazirliyi tərəfindən verilmiş siyahı var. Siyahıda nəzərdə tutulan xəstəliklər aşkarlanarsa şəxsə sürücülük vəsiqəsi verilə bilməz. Digər tərəfdən şəxs sürücülük vəsiqəsi alıbsa, sürücülük vəsiqəsi əldə etdiyi müddətdə müxtəlif xəstəliklər meydana çıxırsa, bu halda aidiyyatı qurumlar məsələ qaldırır. Yol polisi Səhiyyə Nazirliyi və poliklinikalara müraciət edir. Oradan arayış alınsa ki bu insan sürücülüyə yaramır, onun sürücülük hüququ məhdudlaşdırılır. Sağlamlığı bərpa olunana qədər bu keçərlidir. Sağalandan sonra onun sürücülük hüququ bərpa oluna bilər. Əfsuslar olsun ki, tibb müəssisələrində və poliklinikalarda sağlamlıq arayışı açıq bazar prinsipi ilə satıldığına görə şəxs xəstədi yoxsa saglamdır bilinmir. Arayışı alır və sürücülük vəsiqəsini əldə edir. Problem isə buradan qaynaqlanır".
Xatırladırıq ki, ailənin 5 üzvünün qətlə yetirən Əhməd Əhmədovun ailəsi həbsxanaya girməməsi üçün ona "dəlilik kağızı" düzəldib, sonra da onu aradan çıxarıb Rusiyaya göndəribmiş. Sonradan ona maşın, ev alıb, gündəlik də cibxərci veriblər "dəlilik kağızı"nı təmizləyib, sağlamlıq arayışı ilə ona sürücülük vəsiqəsi də alıblar.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












