“Kimsə başqa həyat yaşamaq istəyirsə, getsin Avropaya” - Fazil Mustafa

Gürcüstanda heç kim Vətəndaş Qeydiyyatı Agentliyində rəsmi şəkildə cinsini dəyişə bilməyəcək. Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib.
Bu fikirləri Kobaxidze Brüsselin tövsiyələri, o cümlədən “Ailə dəyərləri və azyaşlıların müdafiəsi haqqında” qanun paketi və “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı şərh verərkən səsləndirib. “Sizə söz verirəm: əgər bir insan qadındırsa, o, kişi ola bilməz. Və əksinə. Bu, mənim vədimdir,” – deyə Baş nazir bildirib. Kobaxidze vurğulayıb ki, Brüselin təzyiqlərinə baxmayaraq, Gürcüstan eynicinsli evliliklərin və cinsiyyətin dəyişdirilməsinin leqallaşdırılması ilə bağlı heç bir qərar qəbul etməyəcək və mövcud qanunların dəyişdirilməsi planlaşdırılmır. Nəzərə alaq ki, bizim cəmiyyətimizdə də cinsini dəyişənlər, LGBT üzvləri var. Təbii ki, belələri ailə institutunu korlayır və milli dəyərlərimizə zərbə vurur. Belələrinə qarşı ictimai qınağın güclənməsi günümüzün aktual məsələsidir.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı fikirlərini "Bizim.Media" ilə bölüşən Millət vəkili Fazil Mustafa deyir ki, bu qanunların hər hansı bir şəkildə bizdə olması mümkün deyil:
“Əgər sən insansansa həyatını adam balası kimi qurmalısan. Hər cinsin də funksional özəlliyi var. Yox, kimsə başqa həyat yaşamaq istəyirsə, o zaman zəhmət çəkib getsin, Avropaya. Ordakı bəzi ölkələr buna icazə verir. Amma cinsin dəyişdirilməsi və yaxud eynicinslərin evliliyi Azərbaycanda qətiyyən mümkün deyil. Bu mənəvi mühiti pozmaqdır. Bu cür tiplərə meydan verilməsi, təbliğ olunması da qadağan edilməlidir. Sosial şəbəkə üzərindən belə həyat tərzinin təbliği yolverilməzdir. Bu məsələnin üzərində düşünülməli və ciddi addımlar atılmalıdır”.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










