Kommunal ödənişləri dövlət ödəyəcək? - AÇIQLAMA

Son dövrlərdə Rusiya və Gürcüstanda pensiyaçıların kommunal xidmətlərə dair maliyyə yükünü azaltmaq məqsədilə dövlət tərəfindən ödənişlərin zəruri hissəsinin qarşılanması təcrübəsi tətbiq olunur. Məsələn, Rusiyada aşağı gəlirli yaşlı vətəndaşların kommunal xərcləri bir ailənin gəlirinə görə müəyyən norma ilə məhdudlaşdırılaraq subsidiya və ya endirimlər verilir. Bəzi regionlarda 70-80 yaşlı vətəndaşlara ödənişlərin 50-100 %-i qədər imtiyazlar var. Gürcüstanda isə sosial cəhətdən həssas ailələr elektrik və su üçün tarif fərqini dövlət hesabına ödəyən sistemdən istifadə edirlər .
Bu cür təcrübə Azərbaycanda mümkün ola bilərmi?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında bildirib ki, inkişaf etmiş ölkələrdə daha geniş yayılan və effektiv hesab olunan mexanizm pensiyaların məbləğinin artırılmasıdır:
“Çünki pensiyaların məbləğinin artırılması praktiki olaraq vətəndaşlara imkan verir ki, öz pensiyaları hesabına kommunal xərclər də daxil olmaqla digər zəruri ehtiyaclarını qarşılasınlar. Buna görə də Azərbaycanda da mərhələli şəkildə pensiya məbləğlərinin artırılması əsas hədəflərdəndir”.
Deputatın sözlərinə görə, artıq bu istiqamətdə ilk addımlar atılıb – 2025-ci ildən etibarən minimum pensiya məbləği 280 manatdan 320 manata qədər artırılıb. O əlavə edib ki, növbəti illərdə də pensiyaların artırılması dövlətin sosial prioritetlərindən biri olaraq qalacaq:
“Azərbaycanda tətbiq edilən model modern yanaşmaya əsaslanır. Məqsəd, inkişaf etmiş ölkələrdə olduğu kimi, mərhələli şəkildə pensiya məbləğinin artırılması və vətəndaşların həm dövlət, həm də özəl pensiya olmaqla iki mənbədən gəlir əldə etməsinə nail olmaqdır”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










