Kommunallarla bağlı yeni tariflərə təpki: “Bu, əhalinin cibinə təcavüzdür”

“Suyun, qazın və işığın tarifləri sayğacın göstəricisinə uyğun ödənilməlidir. Yeni tarif qaydalarını kim fikirləşib?! Mənim maşınım var, yanacaqdolduma məntəqəsində deyiləcək ki, benzin doldurdun-doldurmadın, pul verməlisən?! Bu necə bazar münasibətidir?”
Avtosfer.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımov deyib.
Onun sözlərinə görə, tariflərin yeni qaydada hesablanması əhalinin cibinə təcavüz etmək deməkdir:
“Bu təkliflər Prezidentin göstərişlərinə, fərmanlarına, sərəncamlarına daban-dabana ziddir. Dövlət başçısı deyir ki, əhalinin məmnunluğu təmin olunmalı və insanlar kommunal xidmətlərdən razı qalmalıdır. Vahid tarif tətbiq edilməlidir. Fəsil və gecə-gündüz tarifləri də düzgün deyil. Nə fərqi var, qazı, yaxud işığı gecə işlətdin, ya gündüz. Bunu xaricdəki tariflərlə müqayisə etməyək. Xaricdə maaşlar, müavinətlər Azərbaycandakından qat-qat yüksəkdir. Yeni tarif qaydaları əhalinin güzəranına zərbə vuracaq”.
Xatırladaq ki, hazırda qaz və işığın işlədilmədiyi halda belə, minimal aylıq ödəniş edilməsi mövzusu müzakirə olunur.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












